Süni toyuq əti hazırlanır

suni-toyuq-eti-hazirlanir
Oxunma sayı: 948

“Qaqfazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, indiyə qədər süni mal və hinduşka əti hazırlamağı bacaran alimlərin 30 iyuna qədər süni toyuq əti hazırlamağı gözlənilir.

Beynəlxalq heyvan hüquqları təşkilatı olan Peta bu ixtiranın qarşılığında 1 milyon dollarlıq mükafat verəcək. Lakin indiyə qədər hazırlanan bütün süni ətlər rəngsiz və dadsız olduğu üçün, alimlər yağ və süni qanla rəng vermə işlərini tamamlamağa çalışırlar.

Hollandiyanın Maastricht Universitetində 300 min dollar büdcəylə hazırlanan süni ət təbii dadına çox yaxınlaşıb, lakin toyuq əti olmadığı üçün mükafat ala bilməmişdi. ABŞ-ın Cənubi Kaliforniya Universitetində isə hinduşka hüceyrələrindən süni hinduşka toxumaları əldə edilə bilmişdi.

Vaşinqtona toplaşacaq alimlər hazırladıqları süni toyuq ətinin yeyilə biləcək vəziyyətə gələcəyini hesab edirlər.