Sürət Hüseynov Gəncədə məmur döydü

suret-huseynov-gencede-memur-doydu-
Oxunma sayı: 1997

Hazırda Rusiya Federasiyasında yaşayan sabiq baş nazir Surət Hüseynov bir neçə gün əvvəl Gəncə şəhərində olub. Şəhərdəki mənbədən əldə etdiyimiz məlumata görə o, böyük skandalla üzləşib.

S. Hüseynov Gəncə icra başçısının müavini Şahmalı Cavadovu döyüb. Belə ki, icra başçısı E. Vəliyevin tapşırığı ilə sabiq baş nazirin ailəsinin yaşadığı küçəyə gedən Ş. Cavadov ondan evinin hasarını aqlayla üzləməyi tələb edib. Bu tələb Surət Hüseynovun xoşuna gəlməyib və Şahmalı Cavadova bir neçə zərbə endirərək, onu evinin yaxınlığından qovub. Surət Hüseynov ondan icra başçısı Elmar Vəliyevə ismarıc da yollayıb.

Mənbə bildirib ki, Surət Hüseynov hazırda Moskvaya dönüb. Şəhər rəhbərliyi isə bu məlumatın gizli saxlanmasına çalışır.

“Bizim yol” qəzeti