“Qafqazinfo”nun məlumatına görə, nazirin İordaniyaya qaçdığı deyilir. Bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.
Müxaliflərin Dəməşq xəbər agentliyi isə baş nazir Hicabın öz istəyi ilə vəzifəsindən imtina edərək müxalifətin tərəfinə keçdiyini iddia edir.
Qeyd edək ki, 1966-cı il təvəllüdlü baş nazir evlidir və dörd uşağı var. İyunun 6-da Bəşər Əsəd tərəfindən bu vəzifəyə təyin edilib. 2011-ci ildən 2012-ci ilə kimi kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
Suriya maliyyə naziri Məhəmməd Əl Cleylatinin isə ölkəni tərk etməyə cəhd edərkən saxlanıldığı deyilir.