Suriyada Azərbaycan vətəndaşı olan döyüşçü öldürüldü - Fotolar

suriyada-azerbaycan-vetendasi-olan-doyuscu-olduruldu-fotolar
Oxunma sayı: 634

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Suriyanın dövlət agentliyi “SANA” məlumat yayıb. Məlumatda deyilir ki, Aleppo əyalətində Bəşər Əsədin əsgərlərinin silahlı hərbi terrorçulara qarşı həyata keçirdiyi əməliyyat nəticəsində döyüşçülər böyük itkilər veriblər. Öldürülən döyüşçülər arasında Azərbaycan vətəndaşı olduğu deyilən Hasin Kazlinin də, eyni zamanda qruplaşmalardan birinin lideri Ubeyd Əl Masrinin də adı çəkilir. Nümayişçilərin olduğu 4 avtomobil məhv edilib.

Məlumatda həmçinin qeyd olunur ki, bu Suriyada dövlət qoşunlarına qarşı vuruşan silahlı qruplaşmaların tərkibində azərbaycanlı döyüşçünün olması faktını rəsmi olaraq təsdiqləyən ilk xəbərdir.