Suriyadan ilk açıqlama gəldi

suriyadan-ilk-aciqlama-geldi
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, hücumu Azad Suriya ordusu və Əsəd əleyhdarı olan “İslam” adlı qrup öz üzərinə götürüb.

Suriyanın rəsmi xəbər kanalları sui-qəsd hücumunun Əsədin yaxın çevrəsindəkilərdən birinin mühafizəçisi tərəfindən törədildiyini bildiriblər.

Rəsmi Suriya baş verən insidentə münasibət bildirərək bəyan edib ki, “terrorçu hücum” bəzi “sifarişli əllər” tərəfindən həyata keçirilib.

Açıqlamada, həmçinin günahkarların izinə düşüləcəyi və şəbəkənin axırına çıxacaqları qeyd olunub.

Hücumdan sonra prezident sarayının ətrafının tanklarla əhatəyə alındığı deyilir.