Suriyalı diplomatdan Bəşər Əsədə zərbə

suriyali-diplomatdan-beser-esede-zerbe
Oxunma sayı: 643

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən məlumatına görə, Suriyanın Kaliforniya ştatındakı konsulu Hazəm Cəhabi Bəşər Əsəd hakimiyyəti ilə bütün əlaqələrini kəsdiyini bəyan edib.

Suriyalı diplomat istefa verməsinin səbəbini Bəşər Əsəd rejimi əsgərlərinin Hula şəhərində 110 nəfər mülki vətəndaşın öldürməsi ilə izah edib. Diplomat bu vəhşi rejimlə əlaqələrini saxlamaq istəmədiyini bəyan edib.

Cəhabi ABŞ Dövlət Departamenti tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildiirb.