Suriyaya qarşı yeni sanksiya

suriyaya-qarsi-yeni-sanksiya-
Oxunma sayı: 699

İngiltərə, Fransa, Portuqaliya və Almaniya Suriyaya yeni sanksiyalar nəzərdə tutan və Bəşər Əsədi hədəfə alan qərar layihəsini BMT-yə təqdim edib. “Qafqazinfo”nun məlumatına görə, qərar layihəsində Suriya diktatoruna qarşı cox ciddi sanksiyalar tətbiq olunması istənilir.
Yeni qərar layihəsi artıq BMT Təhlükəsizlik Şurasıan qtəqdim olunub. Fransanın BMT-dəki nümayəndəliyinin “Twitter”dən yaydığı məlumatda Fransa və müttəfiqlərinin sanksiyalarla əlaqədar Təhlükəsizlik Şurasına qərar layihəsini təqdim etdiyi bildirilir.
BMT Təhlükəsizlik Şuransının Suriya məsələləri barədə məsləhətləşmələr zamanı təqdim edilən qərar layihəsinin ABŞ-ın da dəstəkləndiyi ifadə edilib.
Qərar layihəsində Suriyaya qarşı silah embarqosunun tətbiqi də nəzərə alınıb.