Sürücü avtomobil qəzasında öldü

surucu-avtomobil-qezasinda-oldu
Oxunma sayı: 680

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, ötən gün İmişli rayonu ərazisində, rayon sakinləri Mehman Həsənovun idarə etdiyi "BMW X-5" markalı, Əflan Əbilovun idarə etdiyi "VAZ-2106" markalı, Şahin Abışovun idarə etdiyi "VAZ-21074" markalı və Fərid Musayevin idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində Ə.Əbilov yaralanaraq xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.