Sürücülər gediş haqqını qaldırdı - Bayram “hədiyyəsi”

suruculer-gedis-haqqini-qaldirdi-bayram-hediyyesi
Oxunma sayı: 662

Respublikanın müxtəlif regionları üzrə hərəkət edən avtobuslar indi daha sıx qrafiklə işləsə də, sərnişindaşımada ləngimələr müşahidə olunur. Bilet alan sərnişinlər də saatlarla gözlədiklərini deyir.

Adi günlərdən fərqli olaraq qiymət artımı da müşahidə olunur. Biletlərin rəsmi satış qiyməti sabit olsa da, biletsiz getmək istəyənlər qiymət artımı ilə üzləşir.

Avtovağzal rəhbərliyi isə bayram günlərində gücləndirilmiş iş rejimi ilə işlədiklərini bildirir: “Sıxlıq olsa da, sərnişinlər üçün şərait yaradılır və yola salınır”.

Sıxlıq isə daha çox cənub bölgəsi, eləcə də Göyçay və Şəki istiqamətində müşahidə olunur.



anspress