Sürücülərə şad xəbər!

suruculere-sad-xeber-
Oxunma sayı: 672

Bu barədə çərşənbə günü Trend-ə Nəqliyyat Nazirliyindəki mənbə məlumat verib.

"İşlər tamamlanma mərhələsindədir və podratçıların verdikləri məlumata görə, işin mayın əvvəlində başa çatdırılması planlaşdırılır", - mənbə deyib.

Asma körpü Bakının çıxışlarından birində yerləşən böyük yolayrıcındadır.

Körpünün tikintisinin podratçısı "Azərkörpü" ASC-dir.

"Gənclik" metrostansiyası yanındakı iri yolayrıcının tikintisinin başa çatması məsələsinə toxunan mənbə qeyd edib ki, layihənin miqyası nəzərə alınaraq onun başa çatmasının dəqiq tarixi barədə danışmaq hələ tezdir. Plana görə, onun 2013-cü ildə başa çatdırılması planlaşdırılır.

"İşlərin başa çatdırılması müddəti təkcə tikinti işlərinin gedişindən deyil, həm də maliyyələşdirmə prosesindən asılı olacaq", - mənbə deyib.

Onun sözlərinə görə, ilin ortasında dövlət büdcəsi proqnozlarına yenidən baxılması zamanı layihənin maliyyələşdirilməsi məsələsinə də baxıla bilər.

Yeni yolayrıcı həm körpülərin, həm də tunellərin daxil olduğu iri avtonəqliyyat kompleksidir.