Sürücülərin nazirlikdə danışıqları başa çatdı

suruculerin-nazirlikde-danisiqlari-basa-catdi
Oxunma sayı: 667

Sürücülərin dediyinə görə, Namiq Həsənov bildirib ki, indi onlara konkret cavab verə bilməz, çünki məsələ nazir Ziya Məmmədova məruzə edilməlidir. Namiq Həsənov sürücülərə onların şikayəti ilə bağlı cavab veriləcəyini vəd edib.

Sürücülər köhnə avtomobillərin taksi kimi fəaliyyət göstərməsinə qoyulmuş qadağanın götürülməsini istəyirlər. Namiq Həsənov narazı sürücülərin təmsilçilərinə bildirib ki, hazırda qadağa qüvvəsində qalır, köhnə avtomobillərin taksi kimi fəaliyyəti qeyri-qanunidir.