Tağı Əhmədov Tarif Şurasını qabaqladı - Şok

tagi-ehmedov-tarif-surasini-qabaqladi-sok-
Oxunma sayı: 692

“Qafqazinfo” xəbər verir ki, Şuranın qərarının dekabrın 1-dən tətbiq olunması nəzərdə tutulsa da, gediş haqqı yükləmək üçün artıq məhdudiyyətlə qoylulub. Hər bir karta cəmi 4 dəfəlik gediş haqından artıq yükləmək olmur. Bu yolla da sərnişinlərin 15 qəpiklə karta istədikləri qədər gediş haqqı yükləmək arzusunun qarşısı alınır. Bu isə sərnişinlərin haqlı narazılığına səbəb olur.

Bakı Metropolitenindən baş verənlərlə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, adi vaxt metro kartına maksimum yüz dəfəyə qədər giriş vurmaq mümkün olub.

Qeyd edək ki, 2009-cu ilə qədər Azərbaycanda metropoliten tarifləri 5 qəpik idi. 2009-cu ilin oktyabrında Tarif Şurasının qərarı ilə gediş haqqı 3 dəfə artırılaraq 15 qəpiyə qaldırıldı.