Tağı Əhmədovdan böyük layihə

tagi-ehmedovdan-boyuk-layihe
Oxunma sayı: 682

Bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib. Onun sözlərinə görə, ölkə prezidentinin tapşırığına əsasən, Yeni Yasamal yaşayış massivindən Bülbülə qəsəbəsinə kimi 19 kilometrlik metro xətti çəkiləcək: “Bu xətt üzərində tikiləcək stansiyalar arasında məsafə 900 metr olacaq ki, bu da əhalinin metro nəqliyyatından istifadəsini daha da asanlaşdıracaq. Tikiləcək stansiyaların depoları indiki kimi 5 deyil, 7 vaqon tutumuna malik olacaq. Alınacaq yeni vaqonlarda kondisioner sistemi olacaq və onların istismar müddəti 31 deyil, 49 il olacaq”.

T.Əhmədov vurğulayıb ki, 2013-cü ilin sonunadək Bakı Metropolitenində işə 1400 ixtisaslı kadr cəlb olunacaq (AzərTAc).