Tağı Əhmədovdan möhtəşəm aksiya - Foto

tagi-ehmedovdan-mohtesem-aksiya-foto
Oxunma sayı: 656

Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov hər zaman maraqlı açıqlamaları ilə jurnalistlərin diqqət mərkəzində və tənqid hədəfində olub. Amma bu dəfə o, daha maraqlı addımı ilə hər kəsi yaxşı mənada təəccübləndirə bilib. 20 Yanvar faciəsinin ildönümü günü 20 Yanvar metrostansiyası qərənfillərlə və faciəni əks etdirən stendlərlə bəzənib. Amma burda qoyulan plakatlardan biri diqqəti daha çox cəlb edib. “Qafqazinfo” xəbər verir ki, həmin plakatın fotosu şahidlər tərəfindən çəkilib və Facebooka yerləşdirilib.

Həmin plakatda Azərbaycan Respublikasının və Cənubi Azərbaycanın xəritəsi təqdim olunub. Plakata “Yetər parçalanmaq, Birləşmək gərək!” şüarı da əlavə edilib.