Taksi sürücüsü Nəqliyyat müfəttişini bıçaqladı

taksi-surucusu-neqliyyat-mufettisini-bicaqladi
Oxunma sayı: 649

Hadisə zamanı Nəqliyyat Nazirliyinin 2 müfəttişi bıçaq xəsarətləri alıb. Onlar 1 saylı xəstəxanaya yerləşdirilib.

Taksi sürücüsü idarə etdiyi avtomobilin qeydiyyat nişanının nəqliyyat müfəttişləri tərəfindən açıldığına görə əsəblərini cilovlaya bilmədiyini və belə bir addım atdığını deyib. Hadisə nətiçəsində sürüçü də döyülüb.

Hadisənin səbəblərini Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. Polis tərəfindən saxlanılan sürücü Faiq Nəzərovun ifadəsi alınıb.

Qeyd edək ki, bu, taksi sürüçüləri ilə nəqliyyat müfəttişləri arasında baş verən birinci insident deyil.

ANS