Taksi sürücüsü Nəqliyyat Nazirliyinin işçisini döydü

taksi-surucusu-neqliyyat-nazirliyinin-iscisini-doydu
Oxunma sayı: 660

Nizami rayon rokurorluğundan Trend-ə verilən məlumata görə, Babək prospektində xidmət aparan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müfəttişi 35 yaşlı İbrahim Elvis oğlu Hüseynov ilə taksi sürücüsü 1981-ci il təvəllüdlü İbrahim Telman oğlu Məmmədov arasında mübahisə düşüb. Mübahisə sonradan davaya səbəb olub və taksi sürücüsü küt alətlə müfəttişin başından xəsarət yetirib.

Qeyd edək ki, İbrahim Hüseynov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma başlayıb.