“Taliban” yenidən Əfqanıstana nəzarət edəcək

taliban-yeniden-efqanistana-nezaret-edecek
Oxunma sayı: 645

Bazar ertəsi günü Almaniyada Əfqanıstanın gələcəyinin müzakirə olunacağı Bonn konfransından bir neçə gün qabaq “Bild” qəzetinin Almaniya və ABŞ kəşfiyyat xidmətlərinə aid dərc etdiyi gizli sənədlər NATO-nun Əfqanıstanda məğlubiyyətə düçar olduğunu bir daha nümayiş etdirib.
Şimali Atlantika Alyansının 3 minədək itki verməsinə rəğmən Əfqanıstanda “Taliban” hərəkatına qarşı müharibədə uğur qazanmadığının əks olunduğu sənədlərdə Əfqanıstan prezidenti Həmid Qərzainin konfransı ölkəsi və özü üçün şans deyil təhlükə hesab etdiyi və özünün iqtidardan uzaqlaşdırılacağına inandığı qeyd olunub.
Qəzet sənədlərdəki ortaq məxrəcin isə NATO-nun Əfqanıstandan çəkiləcəyi təqdirdə Talibanın yenidən iqtidara gələcəyidir.
Xəbərdə NATO-nun sözügedən gizli sənədlərindən birində Pakistan və İranın ölkədəki alman əsgərlərinə qarşı əməliyyatlar keçirmək üçün müqavimətçilərə silah və maliyyə yardımı göstərdiyi bildirilib. Habelə, sənədlərdən birində Pakistan prezidenti Asif Əli Zərdarinin “Taliban” və digər yüksək səviyyəli müqavimətçilərlə birbaşa əlaqəsinin olduğunu etiraf etdiyi öz əksini tapıb.



AzeriMuslims