Tamerlan Qarayevin oğlu Xarici İşlər Nazirliyindən çıxıb

tamerlan-qarayevin-oglu-xarici-isler-nazirliyinden-cixib
Oxunma sayı: 1004

Məlumata görə, Fərman Qarayev güclü diplomatik biliyə sahib peşəkar kadr olduğu üçün bu xəbər iş yoldaşlarını da təəccübləndirib. Bəzi sosial şəbəkələrdə onun vəzifədən azad edilməsinə səbəb kimi erməni şirkəti ilə işbirliyi göstərilsə də mənbə bu faktı inadla inkar edib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında faktı təsdiqləsə də, Fərman Qarayevin öz istəyi ilə vəzifədən getdiyini bildirib.

Qeyd edək ki, T. Qarayevin digər oğlu Ruslan isə Milli Məclis Aparatının katibliyində məsləhətçi vəzifəsində çalışır.

Səidə