Tariximizin ən yeni “yaradıcıları”

tariximizin-en-yeni-yaradicilari
Oxunma sayı: 919

”Vicdan əli ilə yoxlaya –yoxlaya gedənlərə də düz yol göstərir “ - J.J.Rüsso.
Bu yaxınlarda ANS kanalının “Ən yeni tarix” rubrikasının növbəti buraxılışı canlı tarixinin ən şərəfli səhifələrindən biri olan 17 Noyabr 1988-ci il Meydan hərəkatına həsr olunmuşdur. Verilişin ilk və ən maraqlı məqamlarından biri bu işdən təşkilindən heç bir xəbəri olmayan Pənah Hüseynin dəvəti, Fazil Mustafayevin isə təşkilatçi kimi təqdim olunması səhnəsi oldu. İlk söz verilən, təşkilində hec bir praktiki rolu olmayan mitinqə yalnız M.F. Axundov bagında qoşulan bu adam hadisələri, daha dogrusu mübarizə tariximizi predmetsiz, ümumi sözlərlə xeyli bəzədi. Hadisələrin canlı şahidi olmuş qonşular, tanış və iş yoldaşlarım demişkən:« uzaq tarixdə yox, gözümüzün qabağındakı olan faktlar» tam alt-üst edildi. Əvvəllər düşmənlərimiz tərəfindən saxtalaşdırılan binəva tariximiz indidə özümüzünkülərin güdazına getdi. Yeri gəlmiskən vaxtilə H.Heyne deyirdi ki, məkanımızı əlimizdən aldılar, bizə ancaq qalsa zəmanə qalacaq. Ancaq maneəsiz olaraq varı-dövləti gözümüz qarşısında talan olunan bu ölkədə zəmanəyə də sahib çıxılması”normal” haldır.Əslidə nə baş vermişdir ? Uzun illər boyu özünə arxayin bir adam kimi sussam da, nəhayət bu tarixi hadisəyə dəqiq bir aydınlıq gətirməyi özümə mənəvi bir borc bildim.

Təvazökarlıqdan uzaq olsa da ancaq tariximizi olduğu kimi təqdim etmək xatirinə deməliyəm ki, istər çoxgünlük mitinq kimi ideyası 16 noyabrda Elmlər Akademiyasının dairəvi zalındakı çıxışım, istərsə də mənim təşşəbbüsümlə həmin günün axşamı qonşuluğundakı BDU-nin 2 saylı yataqxanasındakı rəhmətlik Əlisəfanın otağındakı xeylı adamın istirak etdiyi təşkilatı məsələlərə dair söylədiyim faktlar kimi sonrakı dediklərimin də demək olarkı hamısına heç nədən xəbərsiz, sonradan özünə dediyim kimi verilişə ancaq “Jirinovski” ştatında qatılmış Pənah bəyin kəskin və qərəzli etirazını başa düşmək mənim üçün çox çətin idi. Xüsusiylə hər yerdə və hər zaman tərəfin saxladığım bir adamdan belə bir münasibət görmək mənim üçün çox gözlənilməz oldu. Noyabr ayında coxgünlük mitinq təşkil edib yemək-içmək, odeal və odun-ocaq kimi vacib bir məsələləri nərərə almamaq nə qədər təəccüblu idisə, onun mənim bunları qeyd etdiyim zaman bir vaxt ölkənin Baş İcra orqanına rəhbərlik etmiş bir adamın istehzalı ehtirazı ən yaxşı halda təəssüf doguran bir hal idi. Onu da deyim ki, bu işlərlə müvafiq olaraq mən, Əlisəfa və Seymur( Babayev) məşgul olmali idik. Dəfələrlə tədbirin tələbləri, şüarlarına aid əlyazmalarımın və digər sənədlərin indi də arxivimdə saxlanması və dediyim epizodlara aid kifayət qədər canlı şahidlərimin olmasına dair iradlarim da ona təsir etməməsi mənə çox şeydən xəbər verirdi.

Həysə, hazırlıq işlərindən sonra S.Babayevə sədri olduğum aspirantlar yataqxanasının girəcəyindəki anbarda olan və yanacaq kimi istifadəsini nəzərdə tutduğum xeyli taxta, köhnə invertarlarını yerini göstərəndən sonra, onunla bərabər qonşuluqdakı İnşaat və Politexnik İnstitutlarının tələbə yataqxanalarını da xəbərdar etdik. Onlardan sabah səhər dərsə gedən vaxt məni dayanacaqda gözləmələrini xahiş etdim. Onu da deyim ki, mitinqin kücə gedişinin vidio çəkilişi mənə məlum olmayan şəraitdə çəkilmiş iki standart- VHS E-60 və E-90 video kassetləri, bütün çıxışların mətnləri isə Az.TV. arxivində saxlanılan 60 ədəddən çox audio kassetlərdən götülmüş mətnlər kimi bu hadisələrdən dərhal sonra başlanmış istintaq işində dəlil, sübut kimi istifadə olunudu. (İstintaq SSRİ Baş Prokurorunun köməkçişi V. I. İlyuxinin rəhbərliyi ilə SSRİ Prokurorluğunun xüsusi işlәr üzrә istintaq qrupu “1988-ci il 17 noyabrdan 5 dekabradәk V.İ.Lenin adına meјdanda keçirilmiş mitinqlәrin istintaq araşdırılmasına aid aparılmış 18/60522 saylı cinayәt işi”(hər biri 300 səhifədən artıq olmaqla-33 cild) kimi, əsasən erməni millətindən olan vətəndaşlarının hüquq pozuntularının hüquqi qimətləndirilməsi məqsədi ilə aparılırdı. Yuxarıda adı çəkilən sənədlər cinayət işinin XX-ci cildinin 19-20-ci səhifələrində saxlanılır.)
Ayın 17-də səhər saat 8 radələrində axşamdan şərtləşməyimizə əsasən yataqxanamızın arxasındakı dayanacaqda toplaşan Politexnik və İnşaat institutlarının tələbələrindən ibarət 200-300 nəfərlik dəstəsilə unversitet şəhərciyinə daxil olanda axşam mənə şərt qoyanların «Qurbanəli bəy” kimi harada olması çox müəmmalı göründü. Ancaq mən Mətbuat prospektini təzəcə keçmiş əlində iki şüar olan 4-5 nəfərlik dəstəni və onlara hücüm edən dörd nəfərlik mülkü geyimli şəxləri görən kimi ətrafımdakılari onlara kömək ücün yüyürməyə səslədim. Dəstəmizin qorxusundan(Mənim həbsimdən qabaq Yniversitet təbələrinin hamısı istintaqa verdikləri ifadələrdə bu dəstənin sayının 2000-dən çox olduğunu göstərib) tez çəkilən zaman mənə tanış olan ikisini- Qənimət və riyaziyyatçı Akifi tanıdım. ( Heç şübhə etmirəm ki, əgər bu hadisə olmasaydı yəqin ki, indi danışmağa da heç nə tapmazdıq.)

Yol boyu dəqiqəbədəqiqə böyüyən dəstəmizdən, dəfələrlə qabaqmızın kəsilməyindən, indiki Parlamentin qabağında isə Bakı Şəhər Milis İdarəsinin rəisi mərhum F. Hüseynovun başçiliğı ilə dəstəmizə milislərin hücumu zamanı (Əlində taxta çubuq olan dayanacağın yanında dayanmış rəis aydınca görünürdü) pərakəndə şəkilində geri qayıdan dəstə üzvləri tərəfindən əlimin zədələnməyindən və qarın nahiyəsindən aldığım zərbə nəticəsində yıxılmağımdan, Q.Zahidov da daxil olmaqla bir neçə nəfərin zor tətbiq etməklə “UAZ” maşinlarına doldurularaq harasa aparılmarından, yaşlı bir kişinin köməyi ilə mindiyim 8 saylı tralleybusla dəstəyə keçmiş Teleteatrın yanında çatmağımdan aponentlərimin xəbərdar olmamaları təbii idi. Çünki onlar dəstəmizə yalnız saat 12 radələrində M.F.Axundov bağı yanında qoşuldular. Çox təəssüf ki, indi “hər şeyi bz təşkil etmişdik deyən bu yalançi “şahid”lərin köməyi ilə müstəntiqlər minlərlə adamın gözü qarşısındaki bu epizodları işdən çixarmaqla həm tariximizi saxtalaşdirdılar, həm də mənim ifadələrimi şübhə altinda qoymaqla çox pis vəziyyətə saldılar. Qeyd etməliyəm ki, axşamdan hazırladığim, yolda dəstəni milisdən qorumaq üçün otutmaqda istifadə edəcəyim, qoltuğumda gizlətdiyim iki xirda bayraqcıqın da dəstəkləri burada qirildı. M.F.Axundov bağının yanina çathaçatda İran səfirliyi qarşında yeni, güclü bir milis kordonu qarşımızı kəsdiyi üçün onlardan birtəhər istifadə etməklə ilk dəfə olaraq böyük bir dəstəni çox asanliqla oturda bildim. Yeri gəlmişkən onu da deyim ki, bu dəfə bizi mühasirədən keçmiş Xalq Təssərrüfatı institutunun əsasən qız və qadinlardan ibarət bir dəstəsinin onlara arxadan olan hücumu xilas etdi.Növbəti blokada M.Ə.Sabir bağının yanında oldu.Bu dəfə düz heykəlin bərabərində yolu abtobuslarla kəsmişdilər. Mən yenə də camaatı bayraola oturda bildim.Bir azdan rayonun (indiki Sabayel) partiya rəhbəri, məni əvvəlki mitinqlərdən yaxşı tanıyan rəhmətlik V.Məmmədov məni dilə tutaraq mitinqi Qoşa qala qapısı ağzında Özbəkistan-Azərbaycan kitabsevərləri üçün dünəndən mikrafonlari qurulmuş yerdə keçimək üçün bir neçə dəfə dilə tutdu. Razilaşmadım. Sonra özünü şəhər partiya komitəsinin katibi kimi tədim edən, orta yaşli bir nəfər yoldaş da təkid eləsə də biz yolda döyüdüyümüzü (mənim əlimin şarfla sarınmışdı), yoldaşlarımızın tutulduğunu, və bir nəfər Ruziyyə adlı bir qızın da qıçının sındığını deyərək heç cürə razılaşmadım.Onlar bunun mənasız oldunu görüb birazdan müharini açıb bizi anizami mezeyinə doğru buraxdılar. Burada isə bizi əlləri plasmas qalxanlı, başqa millətlədən olan “OMON” dəstələrindən ibarət bir maniə gözləyirdi.(O vaxt yerli milislərimiz nünayişcilərə müqavimət göstərmədikləri üçün onlara inanmıdılar.)Burada da bir qədər gözləməli olduq. Əlimdəki bayraqlar yararsız hala düşdüyü üçün mənə kimsə Azərbaycan SSR-n iri bir bayrağını verdi.( Onu da deyim ki,bu bayraqla əvvəl mən sonra isə Sakit adlı bir tələbə meydanı xeyli idarə etməli olduq.) Nizami müzeyinin arxa hissəsi və köhnə “Univermağ” tərəfin təmir üçün bağlandığını axşamdan bildiyim üçün maniyəni yaran kimi artıq çox böyümüş nəhəng bir dəstə ilə heykəlin aşağı tərəfindən prospektə çıxaraq, çətin yeridiyimə uşaqların qolları arasında qaçaraqdan düz Lenin meydanina yönəldik. Göründüyü kimi yüzlərlə fədakar oğullar və yaxşı təşkilatçılıq nəticəsində təsadüflər və oluqca çətinliklərlə baş tutan bu tarixi tədbirə sonradan bədxahlar tərəfindən xeyli qara yaxanlar da oldu. Meydana çatanda artıq orada mənə əvvəldən deyildiyi kimi 40-50 min yox bir qədər az adam toplaşmış, tribuna isə dolu idi. Mən axşamdan planlaşdırdığımız kimi “Bu dəfə tribunanı mitinqi başlayanlar aparacaq” prinsipinə müvafiq olaraq onun pilləkəndə dayanaraq oradakılərdən tribunanı boşaltmağı tələb etdim. Sonrakı məsələlərə tam aydınlıq gətirmək üçün yuxarıda adi çəkilən cinayət işi əsasında çoxdan hazırladığım “Meydan sirləri” kitabıma müraciət etmək daha yaxşı olardı.

Stenoqrama:

Ənvər Əliyev:

Bu gün ayın 17-si, yəni Aqanbekyanın daşnaq tör-töküntüləri qarşısında verdiyi müsahibənin, yəni bütün bu işlərin başlanma impulsunun bir ili tamam olur. Bir ildir ki, biz danışırıq, şer deyirik, qəzet oxuyuruq, hirslənirik, yatmırıq, bayram keçirmirik, ancaq heç bir nəticəsi yoxdur. (Qulaq asın, əl çalmaq lazım deyil.) Bizim məqsədimiz planlı, ağıllı bir nümayiş təşkil etməkdir. Bu nümayişin tələbi 3 bənddən ibarətdir. Son məqsədimiz - əgər tələblərimiz yerinə yetirilməsə 24, 48 və qeyri-müəyyən müddətə burada oturaq bir nümayiş keçirməkdir.

Oturaq (Yerdən səslər... oturaq).
...Birinci məqsədimiz ondan ibarətdir ki, Bakı şəhər milis idarəsinin rəisi yoldaş F.Hüseynov bizim tutulan, qolları sınan yoldaşlarımızı bir-bir çıxarıb gətirir bura onlardan üzr istəyir (səs-küy).
...Yoldaşlar gəlməyincə heç kimə qulaq asmaq fikrimiz yoxdur (səs-küy). Əgər tələblərimiz yerinə yetirilməsə bayrağımız enir. Başa düşürsünüz nə deməkdir bayraq enmək? Sağ olun! Birinci, yoldaş Hüseynovu çağırın! (səs-küy).
...Əyləşin, hamı əyləşməlidir, aşağı. Kim bizimlə gəlibsə, otursun aşağı. Əyləşin. Yox, yox, yox!
...Yoldaşlarımızı buraxmasalar heç kəs, heç yerə getmirik. Əyləşməyə gəlmişik, heç kimə qulaq asmırıq, ancaq əyləşmək!
...Yoldaşlar, bizim ağsaqqallarımıza da, şairlərimizə də böyük hörmətimiz var, lakin söz bizimdir. Bunu biz təşkil etmişik, biz də aparmalıyıq...
...Yoldaşlar, təklif olunur ki, bizim nümayəndələrimiz Əbülfəz müəllim (Əliyev – Ə.Ə.) tutulan uşaqlarla məşğul olub, onların cavabdehliyini öz üzərinə götürsün. Onlara dəymiş ziyanı ödəmək şərtilə!.. Mütləq (təsdiqləyici səs-küy; XXII cild s.60-63).
Bu vaxt yerdən mənə milislə konflikt yaratmamağı məsləhət gördülər. Onlar gecə meydanda qalmağınıza mane ola bilər-dedilər. Ona görə də işin tez həlli üçün bu Sabir Rüstəmxanlı ilə Əbülfəz Əlijevə tapşırıldı. Vəli Məmmədov isə məni inandırırdı ki, tutulan uşaqlar bir neçə dəqiqəjə burada olacaqlar. ..
...Günorta yeməyinin vaxtı olduğu üçün (özüm də axşamdan ac-susuz olduğuma görə) camaata yemək-içmək barədə bir neçə söz dedim. Hələ ili tamam olmayan Sumqayıt hadisələrindəki qarətlərdən qoxduğum üçün məqsədim bu işi meydanda təşkil etmək idi. Fikrimi yaxınımda dayananlara bildirəndə hündür boylu, qarabəniz bir qadın özünü «Baksovetin» müavini (?) kimi təqdim edib, mənim meydanda bulka-limonad satışını təşkil etmək xahişimə mütləq əməl olunacağını bildirdi. Onu da deyim ki, istintaq zamanı N.Pənahov öz dili ilə desək “İmpetiya” müstəntiqlərinin qarşısında bunu bir dəlil kimi mitinqin guya “şəhər rəhbərliyi tərəfidən təşkil olunması” kimi əlehimə istifadə etməyə çalışırdı.

Stenoqrama
Ənvər Əliyev:

...Bizim yeməyimiz-içməyimiz bura gələcək... Bakı Sovetindən söz veriblər kişi kimi, rəhbərlik bizim yeməyimizi gətirəcək... Yemək belə olacaq. Maşınla gələcək. Bir-iki nəfər gedib onu alıb, bizə çatdıracaq. Ancaq özümüzdən heç kəs ayağa durmayacaq. Pulumuzu da yığacaqlar. Əgər kişilikləri olsa havayı verərlər. Görək də... (təsdiqləyici hay-küy).

...Yoldaşlarımız gəlir.( Alqışlar, səs-küy...)
...Yoldaşlarımızı gurultulu alqışlarla qarşılayaq. (Alqışlar.)
Bu vaxt tutulan yoldaşlarımızın buraxıldığını xəbər verdilər. Qənimət Zahidovu gördükdə xeyli arxayınlaşaraq, danışmaq üçün sözü ona verdim. Qənimət Fəxri Xiyabanın yanında(?) nümayişçilərə heç bir zor tətbiq edilmədiyini, heç kəsə qarşı kobudluq edilmədiyini qətiyyətlə bildirdi. Bəlkə də indi camaatı qızışdırmamaq üçün belə lazım idi.
Stenoqrama:
Q.Zahidov:
Əziz yoldaşlar! Fəxri Xiyabanın yanında bir balaca anlaşılmamazlıq oldu və bizi götürdülər... Ümumiyyətlə, bizə qarşı zor tətbiq olunmayıb, mən Sizi əmin edirəm...(səs-küy).
(Camaatın həyacanlanmaması üçün bu cür çıxış hazırda yerində idi.) Stenoqrama:
Ənvər Əliјev...Yoldaşlar, bizim bu metodumuz dünyada ən humanist metoddur. Bəşəriyyət tərəfindən, ən mədəni xalqlar tərəfindən bəyənilən metoddur. Bu beynəlxalq aləmdə etiraz etməyin ən dinc, ən mütərəqqi metodu sayılır... ( VII cild s. 73).
Mən ilk saatlarda tələblərimizi tez-tez təkrarlayıb, yeni gələnləri mitinqin məramı və qayda-qanunları ilə tanış edirdim. Meydanda uzun müddət qalacağımız üçün onun dəmir intizamı vacib şərtlərdən idi.
Stenoqrama:
Ənvər Əliyev...Şüar yox, hər şeyi polad intizam həll edəcək... Yoldaşlar biz bura gələndə sonsuz dərəcədə qətiyyətlə, 150% türk intizamı ilə, türk qətiyyəti ilə gəlmişik... ( VII cild s.82.)
Verdikləri sözə baxmayaraq meydana ilk günlər heç nə gətirmədilər.
Stenoqrama:
Ənvər Əliyev:...Mənə elə gəlir ki, heç olmazsa etika xatirinə burada dayanan qadınlara, qızlara, uşaqlara adicə beş qəpiklik şey gətirib satacaqlar, onu da etmək fikirləri yoxdur. Zərər yoxdur. Uşaqlı qadınlara icazə veririk getsinlər... (VII cild, s.99).
... Səhərdən aparılan tədbirlər nəticəsində mitinq «öz qaydasında», intizamla davam edirdi. Yalnız bir nəfər — özünü L.Şmidt adına zavodun fəhləsi kimi təqdim edən cavan hər vasitə ilə ona söz verməyimi xahiş edirdi. Mən ona intizamlı olmağı başa salsam da, xeyri olmurdu. Doğrusu, onun nə deyəcəyi də mənə aydın deyildi. Lazım olan nə vardısa biz deyirdik! Tribuna və meydanda ciddi, dəmir intizam hökm sürürdü. Mənim icazəm olmadan heç kim çıxış edə bilməzdi. Bunu görən N.Pənahov hər vasitə ilə məni ələ alıb Əbülfəz Əliyevdən sonra danışa bildi. O, fikrini söyləmək əvəzinə S.Rüstəmxanlını da köməyə çağırıb, hər vasitə ilə mitinqi ələ almağa çalışırdı.
Stenoqrama:
Nemət Pənahov: - Camaat tələb edir ki, özümü təqdim edim. Leytenant Şmitd adına zavodun fəhləsi Pənahov Nemət. Sabir Rüstəmxanlıdan xahiş edirəm ki, haradadırsa tribunaya çıxsın, bizə kömək etsin (səs-küy).
...Siz də bizi fitə basanda, biz onda kiminlə dava edək? Nə təhər edək? Necə edək? Bax, mənə cavab verin - niyə başa düşmürsünüz? Axı, biz bu yolda, bilənlərin çoxu bilir, həyatımızı risqə qoymuşuq. Lazım gəlsə son damla canımızı verməkdən çəkinməyəcəyik... Lazım gəlsə, Qarabağ yenə də deyirəm o vaxt veriləcək ki, Azərbaycanda son nəfər qala bilər dünya üzərində, o vaxt Qarabağ gedə bilər... Mən Nemətəm, ölərəm, heç kəs məni sındıra bilməz... Sabir Rüstəmxanlı niyə gəlmədi? Xahiş edirik! Sabir!..
O, bir neçə dəfə özbaşına mikrafona can atsa da, camaat yenə də fitlə onu uzaqlaşdırmışdı. Bu yolla heç nə əldə edə bilmədiyi üçün məndən xahiş etməyə başladı.
Hava qaraldıqca isti geyim, odun-ocaq problemi yaranırdı. Bu işlə məşğul olmalı şəxslər daha doğrusu axşamkı uşaqlardan heç biri gözə dəmirdi.Soyuqda meydanda gecələməyin çətin olacağını nəzərə alıb, bir neçə nəfərdən yaxındakı meyvə köşklərindəki boş yeşikləri meydana daşımağı xahiş etdim.
Qaranlıq düşər-düşməz meydanda ilk tonqallar alışmağa başladı. Bu vaxt Bakı şəhər partiya komitəsinin katibi F.Musayev və milis rəisi F.Hüseynov mənə axırıncı xəbərdarlıqla camaatı dağıtmağı tələb etdilər. F.Hüseynov “Sənin ağlın Sibirdə şalban daşıyanda başıva gələcək”, dedi. F.Musayev isə meydanda tonqallar altında yanan hər qarış asfaltın pulunu qəpiyinə qədər alacağını bildirdi. Keçmişdəki ədavəti də nəzərə alsaq canıma vahimə düşmüşdü. Çoxları məni sözdə müdafiə etsə də, əməldə yaxın duran yox idi. Məsuliyyətə görə, yalnız mənim yaxam əldə idi. Bu vaxt adını bilmədiyim, özünü L.Şmitd zavodunun fəhləsi kimi tanıdan və elə bil, mənim hər addımımı izləyən oğlanın yaxında olduğunu görüb: “Fəhlə qardaş, sən bizə bir neçə dəmir təbəqə ilə kömək elə, tonqallarımızı dəmir üstə qalayaq, asfalt yanmasın. Görürsən ki, hökumət bizi necə qorxudur. Sabah sənə də söz verərəm” dedim. O, lazım olan hər şeyi gətirəcəyinə söz verdi. Sonra mən camaata müraciət edib, tonqalları asfaltın üstündə yox, tribunanın qarşısındakı döşəmənin üstündə yandırmalarını xahiş etdim.
Stenoqrama:
Ənvər Əliyev: ...Kim ocaq qalamaq istəyirsə düşsün aşağı... Ancaq daşın üstündə qalamaq lazımdır. Ehtiyatlı olun asfalt yanmasın... Bizə dəmir də verəcəklər. Daşın üstündə qalayın ( VII cild s.91).
N.Pənahovun mitinqin ilk günündən başlayaraq her vasitə ilə, nəyin bahasına olursa-olsun yalnız mikrafonu ələ keçirmək istəyi tam aydın olurdu.Yorğunluğum və xəstəlik onun bu istəyinin reallaşmasına çox köməklik edirdi. İlk baxışda bu mənim ücün o qədərdə qorxulu bir hal deyildi. Əvvəla icazəsiz heç kim çıxış edə bilmirdi, sonrası da mahiyyət dəyişmirsə aparıcının kim olmasının nə fərqi var? Yalnız sonradan mənə məlum olur ki, bu adam mütləq zərurətdən doğan məqsədinə çatmaq üçün arxamca ağla gəlməyən xeyli böhtanlar uydururmaqdan belə çəkinmirmiş. Hətta qonşularımla bərabər qeydiyyat, mənzil problemləri ücün Mərkəzi və yerli hökümətə etdiyimiz şikayətə görə ciddi konfiliktə olduğum adamlari mənimlə əlaqələndiməkdən də cəkinməyib. Heç bir zəhmət çəkmədən adi bir fəhlənin xeyli ada və pula sahib olmasına səbəbkar olmuş bir adama qarşı bu cür nankorluq etməsinə at tapmaq mənim üçün cox çətindir.
Nemət Pənahovun ifadəsi (11aprel 1989-cu il , 11cild s.89)
...Üçüncü gün, şənbə günü meydana ən azı 500 min adam toplaşmışdı. Heç bir hərcmərclik, qarmaqarışıqlıq yox idi.
Ənvər Əliyevin araqarışdıran rolunu oynadığına şübhə etməyərək, mən onu bir daha mikrafona yaxın buraxmamaq üçün bütün lazımi tədbirləri gördüm.
Gün batana yaxın hansısa zərurət üzündən tribunanın arxasında yerləşən istirahət otağına keçdim. Oraya zəif işıqlandırılmış koridordan gedirdim. Tinə çatanda bunları eşitdim və gördüm. Keçiddə Ə.Əliyev yazıq görkəmdə Bakı şəhər İcraiyyə Komitəsi Daxili İşlər idarəsinin rəisi F.Hüseynovun qarşısında dayanmışdı. F.Hüseynovun yanında Bakı şəhər Partiya Komitəsinin keçmiş birinci katibi F.Musayev və başqa bir nəfər kişi dayanmışdı. Onların üzünə mən lazımınca baxmadım, odur ki, oradakının Musayev olduğunu qəti şəkildə təsdiq edə bilmərəm. Daxilən şübhə edə bilmərəm, lakin istintaqda təsdiq etmək üçün bu kifayət deyil. (Mənim həmin gün axşam vəziyyətim ağır olduğuna görə qonşularıla evə ğəlməyim haqda kifayət qədər şahidlərim var idi.)
Onu da deyim ki, adı çəkilən hər iki şəxslə N.Pənahovun şəxşı ədavətinin olması əvvəldən hiss olunurdu.Belə ki, istintaq isində Nemətin F.Hüseynovun mitiqdən çox qabaq ona ilk dəfə “H,Ə. Əliyevin adamı” deməsi ifadəsi var. F.Musayevlə isə ayın 17-də axşam tribunanın arxasındakı istirahət otağına toplaşmış xeyli adamın yanında mübahisə zamanı axırıncının ona “Mən sübut edəcəm ki, sən provakatorsan” dediyinin şahidi olmuşuq.
İfadələrində dəfələrlə Respublikanin bir sıra rəhbərləri ilə görüşdüyünü deyən bu adam məni özü kimi qəbul edirmiş. (Bu və diğər faktlar barədə kitabda xeyli məlumat verilmişdir.)
... Bundan başqa mən onunla üzləşmə zamanı dəfələrlə bunlara da aydınlıq gətirmək üçün həmin adamların da istintaqa cəlb edilməsini təkid etsəm də Moskva DTK-sının polkovniki Y. Şauşkin “Əliyev burada bu çür igid məmur tapılsaydı biz də alqişlayardıq “ deyərək isteza edirdi.” Doğurdan da özləri demişğən Qazaxıstani, Özbəkistani alt-üst edən,(SSRİ dövündə bu dəstə “Qdlyanın dəstəsi”kimi məşhur idi. ) şəxşən mənim olduğum bütün yerləri dədidəbədəqiqə üzümə oxuyan KQB kimi dünyanın ən qorxunc təşkilatından bu faktları gizlətmək qülünc görünürdü.
12 aprel 1989 bu əlaqələrini özü də bir daha təsdiq edir.
...1988-ci ilin iyun-oktјabr aylarında mən və xalq hərəkatının digər liderləri(Adlar əvvəlki ifadələrdə verilib) respublika rəhbərliyi ilə görüşməli olduq; respublika rəhbərliјi bizdən xahiş edirdilər ki, biz hazırkı vaxtda kütləvi mitinqlər keçirilməsini məqsədəyğun olmadığını xalqa başa salaq. Respublika rəһbәrliјi bizә söz vermişdi ki, biz liderlәrә müüәssisә vә tәşkilatlarda keçirәcәyimiz iclaslarda respublikada һәlli vacib problemlәrin müzakirәsi ücün һәr cürә imkanlar yaradılacaqdır. Biz bunları xalqa çatdırıb onu qanunsuz mitinqlәr keçirmәkdәn çәkindirmәli idik.... (II cild, s. 89- 103.)
İki gün gecə-gündüz mən ən taninmış adamların belə dağıtmaq istədiyi meydanı hər vasitəiulə qoruya bildim. Ancaq təkbaşına, zəifləmiş bir adamın ətrafı müxtəlif cür məkirli niyyətləplə dolu olan insanlarla bacarması çox çətin idi.
...N.Pənahov: 1988-ci il noјabrın 17-də mitinq təyin edildiyini bilmirdim.Ona görə də baş verən hadisəlr məni təəccübləndirdi. Nə baş verdiyini dəqiqliklə anlamırdım... O vaxt mənim toplaşanlar qarşısında çıxış etmək üçün mənim öz platformam yox idi. Ona görə də əvvəlcə mən yalnız çıxış edənlərə qulaq asırdım...
Ə.Əliјevin irəli sürdüyü tələblərlə tam şərik deyildim., hətta fikirləşirdim ki, bu ya siyasi savadsızlıqdır, ya da profokasiyadır. Ümumiyyətlə, mitinqlər tərəfdarı deyildim.,. O gün isə mitinq keçirildiyindən tam xəbərsiz idim, əks halda onun keçirilməməsi üçün hər cir tədbir görərdim...
Stenoqrama:
Nemәt Pәnaһov:...Bizi eşidənlər bir ucdan dağılışsın. Bir nəfər kimi xahiş edirik, yalvarırıq Sizə. Bir nəfər kimi dağılışın, camaat, camaat biz məğlubiyyətə gedirik, bu gün... (səs-küy). ( 22-ci cild, s.179.)
Nemət sözünü qurtaran kimi mikrafonu kəsdilər. Meydandakı vəziyyəti nəzərə alıb, camaatı bu gün birinci dəfə oturtmalı oldum. Nemət özü ilə bərabər bir dəstə adamla meydandan çıxdı. Bir qədər sonra camaatın tələbi ilə mikrafon bərpa edildi. Bu vaxt B.Vahabzadənin gəlişi və çıxış etməsi həm yerinə düşdü, həm də... O, əvvəlcə “gecə qalanları bağrıma basıb, öpürəm” dedi. Sonra isə..
Stenoqrama:
B.Vaһabzadә:...Topxana meşəsində meşə yox, kol-kos qırıblar, orada sex tikmək istəyirlər... Xalqımızın rəyi olmadan orada onu tikə bilməyəcəklər. Biz canımızla buna cavabdehik (Alqışlar). Biz ermənilərə bir qarış torpağımızı verməyəcəyik və bu həll olunub! (Alqışlar). (22-ci cild, s.161).
Ancaq axırda o da camaatın ciddi hay-küyünə baxmayaraq dağılışıb getməyi tələb etdi və fitə basıldı.
Sabir Rüstəmxanlı:
...Mən təklif edirəm ki, biz bugünkü görüşdən sonra eləcə səhər olduğu kimi mütəşəkkil dağılaq...
...Mən istəyirəm ki, bir-birimizə qulaq asaq və sonuncu dəfə bir neçə yoldaş çıxış etsin və bu gün belə sakitcə dağılışaq, amma növbəti görüşə kimi, o növbəti görüşü verəcəyik (Alqışlar!) (XXII cild, s. 90).
Saat 4-5 radələrində Nemət yenidən peyda oldu və camaatın ciddi hay-küyünə baxmayaraq, dağılışıb getməyi tələb etdi. Camaat fitlə onu da danışmağa qoymadı (Ümumiyyətlə, günortadan sonra çıxışçıların çoxu, o cümlədən, Jəhya Məmmədov (ADU-nun rektoru), yenidən çıxış edən B.Vahabzadə, N.Pənahov, M.Hatəmi camaatı təkidlə dağılışmağa çağırırdılar).
Stenoqrama:
M.Hatəmi: ...Mən sizi dəvət edirəm, bazar günü saat 12-də onqat gücü ilə təzədən bu mejdana qayıdaq. Siz səhər sübhdən indiyə qədər ac-susuz, əziyyət içindəsiniz. Siz yaxşı bilirsiniz ki, bu günkü mübarizədə heç bir konkret nəticə əldə etmədiniz. Bu mübarizəni davam etdirmək lazımdır. Ona görə də mən Xalq Hərəkatı Cəbhəsi adından, onun rəhbərliji adından xahiş edirəm. Bugünkü əzab-əziyyətlərinizə son qojun. Bazar günü saat 12.00-da onqat gücü ilə təzədən bu mejdana qajıdın...
...İstirahət günü saat 12-də jenidən bu mejdana qayıdın (səs-küy). (XXII cild, s. 94). (Çıxışın mətni eynilə 10-cu cild, səh.153-də verilib və M.Hatəmi həmin mətni şəxsi imzası ilə təsdiqləyib – Ә.Ә.)
N. Pənahov - Universitet tələbələri və fəhlələrə müraciət edirəm. Danışan Nemətdir. Bütün tələblərinizi yenə deyirəm, iki-üç nəfər araya bədxərclik qatıb... (səs-küy) ...Bizim tələblərimiz elan edilsin, mətbuatda elan edilsin. Topxana meşəsi haqqında qəti qərar çıxarılsın. Topxana meşəsində deyirəm ki, cəmi dörd dənə buldozer işıq projektoru ilə çəkiblər, camaatı qızışdırmaq üçün deyirəm, qəti şey görünür...(?-Ә.Ә.) ...Universitet uşaqları və məni eşidən fəhlələr, bir nəfər kimi dağılışın. Biz çıxırıq, gedirik, bəli, Nemət deyir sizə. (səs-küy). (XXI cild, s.96.)
Sonra Ali Sovetin şöbə müdiri Abdulla İbrahimov camaatı dağılışmağa dəvət edir.
Nemət Pənahov: Əgər cavab verilməsə, yenə deyirəm tələblər həyata keçirilməsə, gələn həftənin 6-cı günü saat 10.00-da bir nəfər kimi yığışırıq bura. Camaatdan xahiş olunur, bir nəfər kimi mütəşəkkil surətdə, nizam-intizamla dağılın, hissiyata fikir verməyin. (Son çıxış, XXII cild, s.97.)

7 iyun 1989-cu il danışıq protokolundan :
Sual: (Әnvәr Әliyevә-Ә.Ә.) N.Pənahov, Əbülfəz Əliyev, M.Hatəmi iki gün camaata yalvarıb emosiyaya uymamağı, meydandan dağılışmağı xahiş edir, yalvarır. Lakin tək bir nəfər Ənvər Əliyev meydanı öz əlində saxlayır. “Oturun və heç kimə qulaq asmayın! Oturaq və gözləyək...” buna münasibətiniz.
Cavab: Mitinqi mən təşkil etmişdim. Onun çoxgünlük ideyasını mən vermişdim. İki gün ərzində mən mitinqə rəhbərlik etdim, camaat tərəfindən mitinqin mahiyyəti ilə bağlı olmayan başqa adamların çıxışlarına meydana yığışanlar qulaq asmaq istəmirdilər. Onları sadəcə olaraq fitə basırdılar. Mən mitinqin liderliyini özüm qazanmışdım.
Sual: «Kim bizimlədirsə qalsın, kim qalmaq istəmirsə, ona yaxşı jol, yaxşı istirahət. Bir daha təkrar edirəm, kim yorulubsa gedə bilər, yenidən gələr» və ja «qadınlara burada gecə qalmağı məsləhət görmürük. Biz çox xahiş edirik. Hər bir kişi sizin cəsurluğunuz, qəhrəmanlığınız qarşısında baş əyir. Eşq olsun sizə» - sözləri barədə nə deyə bilərsiniz? (Mənim sözlərim stenoqramdan oxunurdu - Ә.Ә.)
Cavab: Mən əvvəlki mitinq təcrübələrimdən və eləcə də mitinq iştirakçıları da belə hesab edirdik ki, hazırki vəziyyətdə dörd tələbimiz tam kifayətdir və onların yerinə yetirilməsinə nail olmaq lazımdır. İstəyirdim meydanda ürəkdən Qarabağ probleminə yanan övladlar olsun (VII cild, s.26-27).
Veriliş zamanı evimin nəzarətdə olmasına Q.İbrahimovun etirazı da təəccübli idi. Azərbaycanin o vaxtkı rəhbəri K.M.Bağırovu SSRİ Ali Soveti deputatlığından geri çaıramaq üçün SSRİ rəhbərliyinə müraçiət, yetmişdən artıq bir dəstə ilə dəfələrlə MK binasına yürüş etmək və nəhayət Əlisafa, Qənimət və digər fədakar oğlanların sayəsində yayılan, müəllifi olduğum SSRİ-də ilk “Samizdat”lardandan olan, Rus və Azərbaycan dillərində, 272 səhifəlik, üzərində Azərbaycan Cumhuriyyətinin simvolu olan, «Vətən» toplusy (Bakı,I cild 1988). çap etdirib, Avropada daxil olmaqla yaymaq! Sən bilən SSRİ dövründə bu cür iş görən bir adamın evi nəzərdə olmazdımı?.
Mən Sabir bəyin onun mitinqlərindəki rolunu azaldılmasına olan iradının cavabinı müəyyən qədərini versəm də yəqin vaxt üzündən o montaj edilmişdir.
“Sabir bəy, bilmirdiyimiz özgəsinin əməyini qiymətləndirməyəndə sizin də əməyiniz qiymətləndirilməyəcəkdi. Mən sizə həmkarınız Nemət demışkən 500 minlik bir auditoriya, dəmir intizamlı bir tribuna təhvil verib getdim. 15 gündən artıq xeyirin gördüyünüz bu yaxşılığın əvəzində bircə dəfə də olsun məni yada saldınızmı? Axtardınızmı? Bu azmış kimi soruşanlara “O kimdir?” deməyinizə nə adı vermək olar? Fikrimi sizin öz sözlərinizlə daha doğrusu istintaqa verib imzaladığınız ifadənizlə davam etdirirəm.
Rüstəmxanlı Sabir Xudu oğlu (27.01.1989-cu il protokolundan, II cild, s. 200-220).
...“Mən meydanda mitinqlə əlaqədar bütün hadisələri xatırlayaraq belə qənaətə gəlirəm ki, meydanda bütün sutkanı qalmağın ilk təşəbbüsçüsü mitinqin birinci lideri Elmlər Akademiyasının hansısa institutlarından birinin əməkdaşı olan Ənvər Əliyevə məxsusdur. O, mitinqi açanda tələblərini oxuyub dedi ki, hökumət tərəfdən bu tələblər 24 saata (? - Ә.Ә.) yerinə yetirilməsə heç yerə getməyəcəklər. Camaat ilk dəfə gecəni orada qaldılar. Bu, N.Pənahov gələnə qədər olmuşdur. Sonra meydanda gecələmək adi bir hala çevrildi... ...Belə hesab edirəm ki, Ə.Əliyevin ilk dəfə meydanda gecələmək təşəbbüsü olmasaydı, bu heç kimin ağlına belə gəlməzdi...

Verilmişin II hissəsində Fazil bəyin mənə qarşı hiddəti ilə bərabər, mənim iştirakım olmadan danışıqların nəticəsində sonrakı günlərdə rolum olmadığına görə mənə danışmaq imkanı verməmək qərarlarını aydın hiss edirdim. Hətta bu işə aparıcı belə mahe ola bilmirdi. Bir neçə dəfə mənə və Mirşahinə də bu istiqamətdə xəbərdarlıq da edildi. Təəççüblisi o idi ki, bu iradları əvvəldə adidiyyətı olmayan işlərdən istədiyi qədər, ağız dolu danışanlar edirdilər.
Fazil bəyin cənfəşanlıqla özünü Bəy təəssübkeşi kimi göstərməsi də təəccübli idi. Əgər o dövdə böyük vəzifə almasaydı indi vəzifə almayanlardan daha çox Bəyin kölgəsin döyəcləyənlərdən biri olacağına heç bir şübhəm yoxdur. Necəki vaxtilə E.Şevarnadzenin V.Hötədən misal çəkdyinidən H.Əliyevin isə çoban Xanişla dostluq eləməsindən ironiya ilə yazan bu adam hakimiyyətdən ənam alandan sonra sakitləşdiyi kimi!.. O ki, də qaldı Bəy qədri bilməyə, mənim fikrimcə Bəyə hörmətsizlik edənlər deyılmş kimi “əmək kitabçası olmadan ” Bəyin sağlığında vəzifə alıb, öləndən sonra isə, onun ailəsinin, illərlə onun üçün əzab çəkənlərin, özləri bir yana, ailə və nəsillərinin belə qanın içənlərin yanında “pişiklənənlənib”, onların ahu-naləsindən qorxmayanlardır.
Bəylər ondan da xəbəriniz olsun ki, siz hələ onu tanımayanda bu sətirlərin müəllifi onun yataqxanaya dəvət edib, görüşünü təşkil edirdi, onu evınə dəvət edib min bir əziyyətlə aldiğı binadan növbəsiz mənzil təklif edirdi. (Yəqin ki, Pənah bəy bütün veriliş boyu olduğu kimi bu sözlərə də şübhə edəcəkdir, ona görə də məsləhət bilərdim ki, mənim kimi onlarla qonşularıma belə inanmasa onda qudası həmin hadisələrin canlı şahidi olmuş professor Zaman Əsgərliyə müraciət etsin. Bəlkə o onu inandıra bildi.) O ki, qaldı Bəyin mitinqin təşkilindəki roluna mən olmayan, özünün belə etiraf etmədiyi bir şeyi necə deyə bilərəm.Mən yalan danışmağı baçarsaydım elə basqaları kimi imkanlı yalançiların yanındada olardım də!... Mən onun rolunu yalan sözlərlə yox, faktiki əməlimlə təsdiqləmək istəsəm də onun özü bundan imtina edib. Çoxdan tanıdığım və mənimlə bərabər aparıcı olmasını istədiyim bir adam kimi heç kimə söz verilməyən bir vaxtda, ilk sözü ona vermişəm. Çətinliklə olsa da. Şübhə edirsinizsə buyurun...
Stenoqrama:
Ənvər Əliyev: - Mən təklif edirəm ki, Akademiyamızın әmәkdaşı Әbülfәz müәllimә qulaq asaq…Mәnә elә gәlir mәslәһәtdir.İşdәn başı çıxır. Mən sizi bir şeydən də agah etmək istəyirəm ki, bizim işlərimiz bir günlük, on günlük, on beş günlük deyil. Biz qələbə çalana qədər müxtəlif pillələrlə, müxtəlif stadiyalarla, müxtəlif vasitələrlə öz işimizi davam etdirəcəyik. Bu ancaq bizim iradamizə buraxılmış bir işdir. Mütləq qalib gəlәcəyik. Əbülfəz müəllimə söz versək yaxşı olar.
Əbülfəz Əliyev:
Qardaşlar, uzun müddətdir ki, yerdən deyirlər ki, özünü təqdim elə. Özümü təqdim edim. Adım Əbülfəzdir.
Mən əsas 3 prinsipi qeyd etmək istəyirəm.
1. Ermənistandan gələn didərginlər haqqında;
2. Onların Ermənistanda tapdanmış haqları barədə;
3. Üçüncü məsələ isə əlbəttə Dağlıq Qarabağ məsələsidir..(XXII cild, s. 141).

Maraqli məqamlardan və biri də “tanınmaq” məsələsidə Fazil bəyin Firidun müəllimi və vaxtı ilə “dönüklük simvolu” adlandırdığı Sabir bəyi mənə nümunə çəkməsi oldu. Mənim bu insanların tanınmaq göstəricilərinə heç bir şübhəm yoxdur. Tanınmışlar o dövrdə də vardı, ində də kifayət qədər var. Eləcə də mən heç vaxt heç kəsin tanınmağına qibtə etmədiyim kimi, heç kəsin də əl-qolunu tutmamışdim. Buyurub tanınmaqlarını bu yola sərf edib istədikləri vaxtda istədikləri yerdə mitinq də başqa tədbirlər də keçirəydilər. O ki, ümumiyyətlə “tanınmaq” məsələsinə mənim fikrimcə xalqının ağır, müsibətli durumunda onun yanında yox, bu müsibətləri törədənlərin yaninda dayanan taninmışların milyonu bu müsibətləri bölüşən heç kimin tanımadığı, zəif bir qadinın, onun məsum körpəsinin nəinki göz yaşlarına, hətta atilan dırnağına belə dəyməz.
Verilişin mənim üçün yadda qalan məqamlarından biri də “istintaq”məsələsinə münasibətdə oldu. Pənah bəyin ciddi cəhdlə mane olması bir daha “işin” qabaqcadan södləşməsindən xəbər verirdi. O, hətta Mirşahini ittiham etdikdə, o da məcbur olub əlindəki danışıq planını belə göstərməklə bu məsələyə toxunmayacağını sübut etməyə məcbur oldu. Bu baxt yadıma rəhmətlik Mirzə Cəlil, daha dəqiq ”Ölülər”dəki kefli İskəndərin bəzi qohumlarının dirilməsinə etiraz edənlərə münasibəti səhnəsi düşdü.
Mən hətta 23 ildən sonra belə bəzi adamların müəyyən məqamların gizlın saxlanmasina olan münasibətini, Sovet dövrünün”KQB” zindanındakı amansız,vahimə doğuran auranı da dərk edirəm, ancaq həqiqəti – minlərlə insanın gözü qarşısıda olan tarıxımızi saxtalaşdırmaq da olmaz axı! Ən azı vaxtilə bu işi edənləri indi lənətlədiyimiz kimi nə vaxtsa biz də ləntləyənlər olmaması xatrinə !.. Tam səmimi olaraq deyirəm ki, mən hec kəsi “üzümə dürmusan”- deyə ittiham da etmək fikrim yoxdur. Ancaq içəridə hər şeyi “ o edib”, çöldə isə “mən etmişəm” deyənlərin haqsizlığı, tariximizi qoruyanların yox onu saxtalaşdıranların sözlərini təsdiqləmələrini ilə barışa bilmirəm. Mən axıra qədər də olmasa müəyyən qədər mənə mənəvi dəstək olmuş bəzi insanların da haqqlarının tapdalanmaması üçün ən çətin vəziyyətdə belə onlardan kömək əlimi əsirğəməmişəm. Üzləşməyə gələnlərə bütün qadağalara baxmayaraq öz dilimizdə əvvəlcədən “Hər şeyi mən üzərimə götürmüşəm” xəbərdarlıqı etməklə - “ Siz bunlardan qorxursunuz? Kimdi axı bunlar? İmkan verməyin ki,onlar bizim elədiyimiz isləri saxtalaşdırsınlar... Biz çox böyük bir iş görmüşük ... və s” deyib o sənədlərin heç birini imzalamırdım. Onların isə rus dilində “Mən bu adamı tanımıram. Məncə o məni kiminləsə səhv salır “deyərək məni də özlərini də pis vəziyyətə salmalarına nə edə bilərdim? Bir çoxları oradakı durumun çox qorxulu olmasın bəhanə gətirirlər. Ancaq bu işdə “ Bunun bu ölkədə heç bir gələcəyi yoxdur, Onu Sibir, katorqa gözləyir, sizin isə gələcəyininz hələ qabqdadır, və s.” kimi yağlı vədlərin də rolu az deyildi. Dediyim kimi oradakı auranın vahimə doğurması bir faktdır, bunu heç kəs dana bilməz. Ançaq mən də insan idim, mənim də qorxu hissimlə bərabər üstəlik təəssübkeşlik, başqalarından fərqli olaraq düşmən kimi baxdıqlarıma qarşı dərin bir nifrət hissim də var idi. Bəs onlar mənim kimi çöldə yaşi 70-i haqlamış valideynlər, yataqxana küncündə qıxı çıxmayan körpəsi olan, işsis bir ailə qoyub gəlsəydilər nə edərdilər? Bir də ki, adi bir müstəntiqin qarşısında vətəninin təəssübünü yarım saatılığa müdafiə edə bilməyənlərə görəsən o vətənin çörəyi halal ola bilərmi?
Tədqiq olunan işdə ( Mən “torpaq uğrunda mübarizə aparanlara cinayət işi acılırsa, onda ruslara da almanlarla müharibələrinə görə belə iş açılmalıdır” iradı ilə bu işə hec vaxt cinayət işi deməmisəm elə buna görə də vəkil köməyindən tam imtina etmişəm, həmçinin protokollardakı “1989-cu il” əvəzinə “1939-cu il” ,“KQB”yerinə “NKVD” yazılması iradı iıə əksər protokolları imzalamamışam) bir sıra epizodlarin, o cümlədən axşamdan mitinqə hazırlığımızı, Parlament qarşısındakı milislə toqquşma epizodlarının saxtalaşdırıldığını, həmcinin “istintaq vaxtı şantaj və psixozdan, eləcə də yalançı şahid ifadələrdən istifadə” kimi hallar olduğu ücün, eləcə də mənim tərəfdən imzalanmamış bir sıra protokollarda imzalarımın saxtalaşdırıldığına görə Mərkəzi hakimiyyətin müvafiq orqanlarına, (Respublika rəhbərləri və Baş Prokurorluğa müracitim əsasında o vaxtkı Baş Prokurorun müavini M.Babayev mənimlə görüsə də o biri orqanlar kimi bu təşkilatın da yazıq və biçarə vəiyyəti üzündən bir daha onları narahat etmədim.) yazdığım ərizə və şikyətlərə, həmcinin istintaqa kömək etməkdən imtina etdiyim ücün mənim barəmdə aşağıdakı məzmunda tədbir görüldü.
«Bakı şəhərində 1988-ci ilin noyabr-dekabr aylarındakı mitinqlərin təşkilatçısı, aktiv iştirakçısı və həmçinin millətlərarası düşmənçilik təbliğatının aparıcısı olan Əliyev Ənvər Abbas oğlu 1986-1987-ci illərdə ekspedisiya vaxtı avtomobil qəzasına düşmüşdür. Nəticədə o, başının sağ «viski» tərəfindən zədə almışdır. Yaşadığı yerin həkiminə müraciət etməyən Əliyev Ənvər şəxsi qaydada müalicə olunmuşdur. Vaxtilə alınmış zərbədən onda indi də başağrıları olur və işdən tez yorulur...
...30 mart tarixdə Ə.Əliyev birdən deyib ki, mən əvvəlki protokolları oxumamışam. Ona bu protokollar şəxsən təqdim edildikdə, o, bu protokolları tanımadığını, onların saxta və imzaların onun tərəfindən çəkilmədiyini təkid etmişdir.
Ə.Əliyevin bu hərəkəti onun psixoloji cəhətdən yararsız olduğuna şübhə etməyə və bu səbəbdən bizim ACM-nin 73-cü (3-cü bənd) və 161-ci maddəsinin tələbinə uyğun olaraq onun barəsində xüsusi tibbi-psixoloji müayinə keçirməyimizə əsas verir. Bu işə N.Nərimanov adına ATU-nun psixiatriya kafedrasının müdiri, prof. Abbasquliyev Əhməd Əli oğlu cəlb edilsin.
O, aşağıdakıları müəyyən etməlidir.
1. Ə.Əliyev hazırda qanun əleyhinə gördüyü işlər üçün mənəvi əzab çəkirmi? O, öz hərəkətlərinə görə cavabdehlik daşıyar və ona rəhbərlik edə bilirmi?
2. Hazırda Ə.Əliyev psixoloji və ya müvəqqəti mənəvi sarsıntıdan əziyyət çəkirmi? Bu hal təsdiq olunduğu halda, ona hansı şəkildə tibbi müayinə lazımdır?
3. Professor Ə.Ə.Abbasquliyevin ekspert təklifi cinayət işinə daxil edilsin.
4. Ə.Əliyevin saxlandığı yer nəzarətə götürülsün.
7 aprel 1989-cu il (XX cild, s. 43-45)”

Mənə bu sənəd barədə hec bir məlumat verilməsə də ancaq əvvəlki danışıq protokolunda bir sıra iradlarla yanaşı , “ səxsi həkim” ifadəsinə “mənim hec şəxsi itim yoxdur” iradi ilə qol cəkməmişdim.
Hörməli həmvətənlər! Mən mübarizə tarıxımizin sanlı səhifələrindən olan, “Meydan hərəkatı” kimi tariximizdə əbədiləşən, daimi bir qürur məmbəyimiz olan bir hadisə barədə müəyyən həqiqətləri uzun illərdən sonra nəhayət ki, Sizinlə bölqüşə bildim. Bunun üçün mən səbəbkar “ANS” telesirkətinə, şəxşən bu hadişələrin çanlı şahidi və bu işdə gücü catan köməyi məndən heç vaxt əsirgəməyən Mirşsahin bəyə minnətdaram. İnşallah maddi imkan olan kimi hamımızın birgə sərvəti olan bu şərəfli tariximizlə bərabər, o dövrün çox nadir faktları iıə zəngin olan adı çəkilən kitabımı da istifadənizə verəcəyəm. İnanıram onda bütün bunlarla bərabər bu hadisələrə maraqlı da olsa muxtəlif dövrlərdə özlərini təşkilatçı adlandıranların əsl əmələri ilə yanaşı həmçinin yalnız igid , fədakar oğlanların gücü və yüksək təşkilatcılığın nəticəsində ərsəyə gələn bu hadisəyə dair xeyli qərəzlı böhtanların da puç olduğunu görəcəksiniz.

Bayramınız mübarək!