Tarkanla rus gözəlinin “sevgi nağılı” - Fotosessiya

tarkanla-rus-gozelinin-sevgi-nagili-fotosessiya
Oxunma sayı: 670

Meqastar Tarkan şüvüllə tullanmada qadınların mübarizəsində dünya rekordçusu rusiyalı idmançı Yelena İsinbayevanın sevgisini cavabsız qoymayıb.
“Qafqazinfo”nun məlumatına görə, gözəlliyi ilə hamının diqqətini çəkən rusiyalı idmançının Tarkana fanatlığını etirafından sonra, məşhur müğənni də idmançıya jest edərək iki diskini imzalayaraq ona göndərib. Tarkan eyni zamanda konsertlərinin birində də Yelenanı qonaq etmək istədiyinə bildirib.
Qeyd edək ki, məşhur idmançı İstanbulda keçirilən atletika üzrə dünya çempionatında qızıl medal qazandıqdan sonra keçirtdiyi mətbuat konfransında Tarkan heyranı olduğunu dilə gətirərək, kaş ki buraya gəlib mənə dəstək olardı deyib: “Tarkanla tanış olmaq istəyirəm”.