“Tarqovı”da fahişəxana aşkar edildi

tarqovida-fahisexana-askar-edildi
Oxunma sayı: 1691

“Qafqazinfo” xəbər verir ki, Səbail rayonu, Xəqani küçəsi 12 ünvanında yerləşən masaj salonunu masaj adı altında intim xidmətlər təklif etməsi üzə çıxıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, “Torqovıy”da yerləşən masaj salonu yanvarın 8-də fəaliyyətə başlasa da, qısa zamanda təyinatını dəyişib. Orada müştərilərə masajla yanaşı intim xidmətlər təklif olunub.

Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının əməliyyat tədbiri nəticəsində obyektin sahibi Fail Ağayev və onun qardaşı Rail Ağayev, eyni zamanda salonda olan 5 qız saxlanılıb.

Saxlanılan Vüsalə adlı qız fəaliyyəti barədə açıqlama verib: “Qızları mən gətirirdim. Qızlar üçün hər müştəri xidməthaqqı olaraq 40 manat ödəyirdi. Pulun 20 manatı kassaya, qalanı isə qızlara çatırdı”.

Tutulan qızlar da masaj salonuna Vüsaləni tanıyaraq gəldiklərinin deyiblər.
Hazırda faktla bağlı araşdırma aparılır.