Tatlısəs oxuya bilmədi

tatlises-oxuya-bilmedi-
Oxunma sayı: 634

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, sənətçi dünən əməliyyat üçün gedəcəyi Almaniya səfəri öncəsi musiqiçilərini xəstəxana otağına çağırıb. Musiqiçilər gələr-gəlməz Tatlısəs mahnı oxumağa cəhd edib. Lakin uğurlu alınmayınca həkimlər ona özünü yormamağını bildiriblər. Həkimlərin səyi nəticəsində vəziyyətinin pisləşəcəyi barədə xəbərdarlıqdan sonra sənətçi oxumağını yarımçıq saxlayıb. Musiqiçilərin ifasını dinləməklə “musiqi aclığını” öldürüb. Hətta qolunu və barmaqlarını da oynadıb.

Nigar Məmmədli