Tatuajlı olanlar əsgər getməyəcəklər

tatuajli-olanlar-esger-getmeyecekler
Oxunma sayı: 710

Onlar bu qərara səbəb kimi döymənin sağlamlıq üçün zərərli və belə insanlarda dəri xəstəlikləri riskinin yuxarı səviyyədə olmasını göstərib.

Hindistan ordusu hərbi komissarının müavini general Vinod Raizada ötən gün keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib. “Cavanlar arasında döymənin çox yayıldığını görürük. Döymə dəri xəstəliklərinin yayılması riskini çoxaldır. Əllər istisna olmaqla bədənində döymə olanlar hərbi xidmətə aparılmayacaq”.

General Raizada əllərində döymə olanların isə səhiyyə mərkəzlərindən gətirəcəkləri sağlamlıq arayışından sonra hərbi xidmət üçün yararlı olacağını deyib.

ANS PRESS