Taxtanın qiyməti artdı

taxtanin-qiymeti-artdi
Oxunma sayı: 1351

Birlikdən Qafqazinfoya verilən məlumata görə, avqust ayında aparılan araşdırmalar zamanı ötən aylarda olduğu kimi, nisbi aktivliyin hələ də davam etdiyi və bir sıra tikinti materialları növləri üzrə qıtlığın yaranmasının daha dərinləşdiyi müşahidə edilib. İyul ayından fərqli olaraq istehlakçıların tələbatlarının ödənilmədiyi tikinti materialları sırasında daha çox Rusiyadan idxal edilən 12 mm-lik dikt növlərinin və bəzi dəmir məmulatlarının adlarını qeyd etmək olar.

Əvvəlki ayda dikt məhsullarında baş verən sıçrayışlı qiymət artımı avqust ayında nisbətən səngiyib və ucuzlaşıb. Qiymət azalması dəmir məhsullarında da nəzərə çarpsa da, avqust ayı əsasən Rusiyadan idxal edilən taxtanın qiymətində yüksək artımı ilə yadda qalıb. Qiymət atmasına səbəb kimi sahibkarlar əsasən mövsümi amilləri göstəriblər. Belə ki, Rusiya meşələrində isti aylarda bataqlıqların əmələ gəlməsi ağac kəsimlərinə mane olduğundan taxta-şalban bazarında qıtlıqla nəticələnir. Təbii ki, bu da istər ixracatda, istərsə də qiymətdə təsirsiz ötüşmür.

Ümumiyyətlə aparılan qiymət monitorinqinin nəticələrinə əsasən, bu ilin fevral ayından başlayaraq müxtəlif materiallar üzrə qeydə alınan qiymət artımları avqust ayında azalma ilə müşahidə edilib, səbəb ötən ayda “köpük”lü qiymət artımının öz yerini alması olub. 38 adda məhsuldan orta qiyməti kəskin artan materiallar sırasında taxtanı (+5,66%), azalma müşahidə edilənlər sırasında isə dikt (-4,7%) və armaturun (-2,5%) adını çəkmək olar. Digər tikinti materialları üzrə isə cüzi qiymət dəyişiklikləri və əsasən sabitlik qeydə alınıb.

Bu ilin avqust ayında müşahidə edilən azalmanın orta qiymət göstəricisi əvvəlki ayla müqayisədə 0,68% təşkil edib. Ümumilikdə isə ilin əvvəli – yanvar ayı ilə müqayisədə qiymət fərqi 16,7%, ötən rübün müvafiq dövrü ilə müqayisədə isə 2,0% artımla qeydə alınıb. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə isə qiymət artımı 20,1% təşkil edib.

Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan məhsulların bazardakı həcmi ötən ayla müqayisədə idxal məhsullarını 1,02 % üstələyərək 50,6% olub.