Təbriz ayağa qalxır

tebriz-ayaga-qalxir
Oxunma sayı: 678

“Qafqazinfo”nun GünAzTV-nin internet saytına istinadən əldə etdiyi məlumatına görə, mitinqlərə əhalini dəvət etmək üçün Təbriz şəhərində on minlərlə çağırış vərəqələri yayılıb.
Vərəqələrin Təbrizin bütün küçə və meydanlarında geniş miqyasda yayıldığı bildirilir. Çağırış vərəqələrində əhali keçiriləcək mitinqlərdə aktiv olmağa səslənir.
Təbriz şəhərində mitinqin bu gün keçiriləcəyi planlaşdırılır. Etiraz aksiyasının yerli vaxtla saat 18:00-də başlayacağı xəbər verilir.
Bu gün Urmiya şəhərdində də etiraz aksiyasının keçiriləcəyi gözlənilir.