Təbriz komandasının azerkeşləri həbs olundular

tebriz-komandasinin-azerkesleri-hebs-olundular
Oxunma sayı: 667

“Media forum” saytının məlumatına görə, Təbrizin “Səhənd” stadionunda keçirilən oyun 2:0 hesabı ilə “İstiqlal”ın xeyrinə başa çatıb. Hakimin ədalətsiz qərarlar verdiyini iddia edən “Tiraxtur” azarkeşləri ilə hökumət qüvvələri arasında qarşıdurma yaranıb.

Milli şüarlar səsləndirən təbrizli azarkeşlərin etirazı Təbriz küçələrində davam etdirilib. Şəhərin küçə və meydanları silahlı hökumət qüvvələrinin nəzarətinə götürülüb. Hökumət qüvvələri ilə qarşıdurmada “Tiraxtur”un 50-dən çox azarkeşi tutularaq bilinməz istiqamətə aparılıb.