Təbrizdə Pişəvəri hərəkatı yad olunacaq

tebrizde-piseveri-herekati-yad-olunacaq
Oxunma sayı: 692

“Qafqazinfo”nun Günaz TV-nin internet saytına istinadən xəbərinə görə, onlar, “Traxtur”un növbəti oyununda “21 Azər” hərəkatını yad edəcəklər.

“Traxtur” tərəfdarları yaydıqları müraciətdə bildiriblər ki, oyunun 21-ci dəqiqəsində “21 Azər”də qəhrəmancasına şəhid olanların xatirəsinə “Yaşasın Azərbaycan” şüarı səsləndirəcəklər. “Bununlada fars şovinizmi anlamış olacaq ki, Azərbaycan xalqı hələ də Seyid Cəfər Pişəvəri və onun silahdaşlarını unudmayıb və mübarizə davam edir”, -deyə müraciətdə qeyd olunur.

Qeyd edək ki, növbəti oyun sabah “Traxtur”la “Mis” komandaları arasında Təbrizin Səhənd stadionunda keçiriləcək.

Xatırldaq ki, 21 Azər Hərəkatı 1945-ci ilin noyabr ayından 1946-cı ilin noyabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş hökümətin başlatdığı hərəkatdır. 1946-cı ilə sovet qoşunları ölkədən çıxdıqdan sonra İran qoşunları dekabrın 12-də Azərbaycan hökumətinə qarşı hərbi əməliyatlar keçirib, qanlı hadisələrə səbəb olub.