Təbrizli tərəfdarlardan yeni şüar

tebrizli-terefdarlardan-yeni-suar
Oxunma sayı: 719

Qafqazinfo”nun Günaz TV-nin internet saytına istinadən verdiyi xəbərə görə, “Traxtur”un hakimlər və futbol federasiyası tərəfindən qərəzli şəkildə dəfələrlə cəzalandırıldığını görən komanda tərəfdarları, bu ayri-seçkiliyə qarşı olduqca maraqlı bir şüar düşünüblər.
Komanda tərəfdarları hakimlər komitəsi məsulları Rza Qiyasi və Əsgəri adlarının tərkibindən istifadə edərək bir şüar yaradıblar. Onlar, o şüarla antiAzərbaycan tutumuna cavab verəcəklər. Yeni şüar bundan ibarətdir: “Əsgəri, Qiyasi – Futbolumuz siyasi”.
Komanda tərəfdarları ümid edirlər ki, gələcək müsabiqələrdə sözü gedən şüar “İran federasyonu – Azərbaycanın düşməni” şüarı ilə birlikdə gur səslə səsləndiriləcək.