Təcili eniş anonsu təyyarədə həyəcan yaşatdı

tecili-enis-anonsu-teyyarede-heyecan-yasatdi
Oxunma sayı: 675

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, pilotun əvvəldən qeyd etdiyi anonsun yayılması sərnişinlər arasında həyəcana səbəb olub. Mayamidən havaya qalxandan 3 saat sonra “təyyaənin okeana təcili eniş edəcəyi” elanı sərnişinləri qorxuya salıb.
Bir-birilərinə sarılan, göz yaşları axıdan, övladları üçün əndişəyə düşən sərnişinlər 30 saniyə sonra anonsun səhvən verildyi elanından çaşıb-qalıblar.
“British Airways” avikompaniyasının nümayəndəsi pilotların səhvinə görə üzr istəyib, hətta sərnişinlərlə bir-bir danışaraq sakitləşdirməyə çalışdığını bildirib.