Təhsil Nazirliyi və Gömrük Komitəsini də vurdular - Şok Siyahı

tehsil-nazirliyi-ve-gomruk-komitesini-de-vurdular-sok-siyahi-
Oxunma sayı: 667

17.32

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının cssn.gov.az saytı da dağıdıldı.

17.15

Bir az əvvəl Dövlət Gömrük Komitəsinin http://www.customs.gov.az saytı da dağıdılıb. Həmçinin Azərtac-ın da azertag.com saytı dağıdılıb.

17.15

Təhsil Nazirliyinin edu.gov.az və vet.edu.gov.az saytı da bir neçə dəqiqə əvvəl sıradan çıxarılıb. Sayta İslam Partiyasının həbsdə olan keçmiş sədri Mövsüm Səmədovun hicabın qadağasına qarşı fikirləri yerləşdirilib.

16:17

Bir az əvvəl Azərbaycanın Daxili İşlər Nazirliyinin də saytı həmin haker qrupu tərəfindən dağıdılıb.

Azərbaycanın dövlət qurumlarının və hökumət strkturlarının İnternet saytlarına total hakker hücumu başlayıb. Bununla bağlı “Qafqazinfo”ya [email protected] ünvanından məlumat daxil olub. Məlumatda bu ifadələr yer alıb: “Hiyləgərlərin hiyləsini puça çıxaran Allahın adı ilə! On ildən artıqdır ki, ABŞ, Qərb və İsrailin kəşfiyyat orqanları ilə əməkdaşlıq edən bəzi media qurumları, veb-saytlar İslam müqəddəsliklərinə qarşı ləyaqətsiz savaşa qalxıb. Müqəddəsliklərin müdafiəsi hər bir inanclı müsəlmanın əqidə borcudur. Bir qrup İslamçı veb-mühəndis düşmənlərin virtual hücumlarına cavab vermək qərarına gəlib. Bu günlərdə anti-islam saytların yaşayacağı problemləri bir cavab olaraq qəbul edin”.

Hazırda Rabitə və İnformasiya Texnologiaları Nazirliyinin Məlumat-İnformasiya Mərkəzinin www.rabita.az, Konstitusiya Məhkəməsinin constcourt.gov.az və Yeni Azərbaycan Partiyasının yap.org.az saytları dağıdılıb.

Trend İnformasiya Agentliyinin də saytı da haker hücumuna məruz qalıb. Sayt hazirda işləmir. Səhifəyə aşağadakı foto yerləşdirilib.

Dağıdılan saytların içərisində faktxeber.az-da var. Saytdan “Qafqazinfo”ya bildiriblər ki, bu gün edilən 16 hücumla saytın İP ünvanı bloklaşdırılıb: “Hazırda saytın İP ünvanına qarşı edilmiş blok sındırılıb. Saytın bərpası yönündə işlər davam etdirilir”.