Təhsil Nazirliyindən müəmmaya aydınlıq

tehsil-nazirliyinden-muemmaya-aydinliq-
Oxunma sayı: 664

Bunu “Qafqazinfo”ya açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə, ilk dərs gününün həftənin şənbə gününə düşməsilə bağlı yaranan suallara cavab olaraq deyib.

B. Hüseynzadə bildirib ki, Təhsil Nazirliyinə sentyabrın 15-nin şənbə gününə düşməsi və həmin günün dərs günü olub-olmaması ilə bağlı çoxlu sullar daxil olur: “Təhsil Nazirliyinin qərarı ilə həmin gün ölkədə Bilik bayramıdır. Bütün müəllim və şagirdlərin də məktəbə olması vacibdir. Tədris günü 6 olan məktəblərdə rəsmi olaraq dərs günüdür. Tədris günü 5 olan şagird və müəllimlər isə həmin gün məktəbə gəlib Bilik bayramlarını qeyd edəcəklər, sonra tədris cədvəlilə tanış olacaqlar”.

Nigar Məmmədli