“Təhsil sistemi sürətlə dəyişdirilməlidir” – Müsahibə

tehsil-sistemi-suretle-deyisdirilmelidir-musahibe
Oxunma sayı: 654

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin “Qafqazinfo”ya müsahibəsi:

- Bu günlərdə Avropa səfərində olmusunuz. Səfərin məqsədi nə idi?

- Polşa Xarici İşlər Nazirliyinin və Varşava Universitetinin Şərqi Avropa Araşdırmalar Mərkəzinin dəvəti ilə mən Sovet İttifaqının dağılmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edirdim. Bu tədbir Sovet ölkələrində və Avropanın Şərq Tərəfdaşlıq proqramında iştirak edən ölkələrdə mövcud olan problemlər, perspektivlər və Şərq Tərəfdaşlıq Proqramının bu mühitlə əməkdaşlığına yaratdığı imkanlar mövzusuna həsr olunmuşdu. Mən də müzakirələrdə iştirak etdim. Konfransda, həmçinin Litvanın keçmiş prezidenti , Delavers sazişini imzalayan Belarusun keçmiş prezidenti Stanislav Şuşkeviç, Polşanın xarici işlər nazirinin müavinləri, Şərq Tərəfdaşlıq ölkələrinin nümayəndələri də iştirak edirdi.

- Ermənilərin də iştirak etdiyi deyilir...

- Mən öz çıxışımda əsasən sovet ölkələrində mövcud olan münaqişələr və onların həll edilməməsinin regionun inkişafı, stabilliyi, inteqrasiyası və demokratik inkişafı üçün əsas maneə olduğunu, Avropa ölkələrinin bu istiqamətdə birliyinin və münaqişələrin həllində fəal iştirakının önəmini xüsusi vurğuladım. Azərbaycana qarşı olan təcavüz, haqsızlıq ilk növbədə beynəlxalq hüquq normalarına diqqətsiz yanaşma bizə imkan verməyib ki, uzun illərdən bəri Ermənistan danışıqların imitasiyasını aparır, Azərbaycanın əraziləri işğal altındadır və yüz minlərlə insan Avropanın ən böyük humanitar faciəsinin təşkil edir. Bununla yanaşı, ölkəmizin hazırda Avropanın enerji təhlükəsizliyi üçün önəmi, son illər Avropa ilə əməkdaşlıq istiqamətində aparılan işlərdən, Azərbaycanda demokratiyanın və insan hüquqları ilə bağlı, idarəetmənin dünya standartlarına uyğunlaşdırılması üçün bir çox işlər barəsində fikir mübadiləsi aparıldı. Əsas olaraq isə Şərqi Avropa ölkələrinin gəncliyinin inkişafı bu gün Avropa Birliyi və Avropa ölkələrinin qarşısında duran və bizim onlardan gözlədiyimiz ən əsas amildir. Təhsil islahatları, təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası, Avropa mədəniyyətinin bu mühitdə inkişafına təkan verən hər bir əməkdaşlığı bizim üçün bu gün prioritet istiqamət olduğunu xüsusi vurğuladım.

- Son vaxtlar Avropanın Rusiya meyllənməsi müşahidə olunur. Orada bu məsələ müzakirə olundu?

- Bu çox ciddi müzakirə mövzusu olmuşdu. Panellərdən biri məhz Putinin sözləri ilə bitmişdi ki, Sovet İttifaqının dağılması 20-ci əsrin ən dəhşətli hadisəsidir. Mən Azərbaycanın və bu ölkələrin müstəqillik qazanmağını xalqların ən böyük uğuru kimi qiymətləndirdim. Təəssüflə qeyd etdim ki, hansısa bir sovet ittifaqını yeni formada qurmağı bu ölkələrə gənc, 20 yaşında olan müstəqil ölkələr üçün təzyiqlər yaradır və bu istiqamətdə vahid siyasəti görmək istərdim. Müzakirələrin biri məni hansısa bir dəmir pərdənin, dəmir divarların yaradılmasına həsr olunmuşdu. Mən orada da qərbi və mərkəzi Avropa arasında müəyyən problemlərin bizlər üçün də yarandığını xüsusi vurğuladım. Avroatlantik əməkdaşlığın son vaxtlar zəifləməyi yeni yaranmış dövlətləri zəifləməyə gətirib çıxarır. Xüsusilə şərqi və mərkəzi Avropa ölkələri arasında əməkdaşlıq, keçmiş sosialist düşərgəsində olan Avroatlantik ölkələr, Çexiyanı, Polşanı, Baltik ölkələri, şərqi, cənubi Avropa ölkələrinin bizlərlə əməkdaşlığı Avroatlantik sistemin inteqrasiyası üçün çox ciddi və müsbət zəmin yarada bilər. Çünki vaxtında kommunist və totalitar sistemdən çıxıb Avropaya inteqrasiya olduqlarına görə onlar bizim problemlərimiz barədə daha məlumatlıdırlar və bu istiqamətdə müvafiq islahatlar həyata keçirdiklərinə görə bizlərlə əməkdaşlığı Şərqi Avropa ölkələrin inkişafına çox ciddi təkan verə bilər.

- Qarabağla bağlı orada müzakirələr aparıldı?

- Müzakirələr aparıldı. Qarabağla yanaşı hər bir mövcud olan münaqişələr, mən də Azərbaycanla bağlı Qarabağ münaqişəsi ilə bağlı məsələləri qeyd edərək, münaqişənin yaranmağında vaxtilə bu münaqişələrdə iştirak edən xarici qoşunları qiymətləndirdim və Xocalı faciəsini xatırladaraq bu münaqişələrin həllinə problem yaradan bizim bölgədə mövcud olan xarici hərbi bazaların rolunu xüsusi vurğuladım. Ermənistan nümayəndəsi də bu münaqişələrin tezliklə həllinə və müvafiq problemləri saxlamaqla öz tərkib imkanlarını qorumaq üçün onların həllinə maneə törədilməsini ifadə etdi. Amma nümayəndə Ermənistan müxalifətini təmsil edirdi.

- Bəs ermənilərin sizin çıxışa münasibət necə oldu?

- Çox müsbət qarşılandı. Bütün müzakirələrə fəal iştirak etdiyimizə görə, fikir mübadiləsi apardıq. Yekunda onu qeyd edim ki, Şərq Tərəfdaşlıq layihəsinin və yeni Parlament Assambleyasının yaradılması və bu proseslərin təəssübkeşi olduğuna görə, Polşa hökumətinin nümayəndələri də məhz bu istiqamətdə fəaliyyətin daha da güclənməyi və Avropa Birliyinin bu proseslərdə fəal iştirakı barədə dəfələrlə öz fikirlərini bildirdilər. Həm münaqişələrin həllində, həm ölkələrin daxilində Avropa Birliyinin iştirakını sürətləndirmək təhsil və çox mühüm məsələ olan Avropaya gənclərin daxil olması üçün viza rejiminin dəyişdirilməsi istiqamətində. Çünki mən bu məsələni də xüsusi vurğulamışdım ki, Azərbaycan Ukrayna və digər Şərq Tərəfdaşlıq ölkələrinin tələbələrinin Avropaya vizasız daxil olmaq imkanları olmalıdır. Viza məsələləri aradan qaldırılmalıdır. Biz ümidvarıq ki, yeni Avropa Birliyi ilə əməkdaşlıq layihələrimizi həyata keçirməyə imkan verəcək.

- Siz çıxışlarınızda, fəaliyyətinizdə həmişə təhsil məsələlərinə diqqət yetirirsiniz. Təhsil Nazirliyində son günlər baş verən cinayət işləri barədə nə deyə bilərsiniz?

- Münasibətim belədir ki, Azərbaycanda sürətlə təhsil sistemli islahatlar həyata keçirilir. Bütün xoşagəlməyən, mənfi amillərin əsas səbəbi islahatların həyata keçirilməməyi idi. Təəssüflə qeyd etməliyəm ki, ümumi çərçivə təhsil qanununun qəbul olunması ilə yanaşı, nə ali, nə peşə, nə də elm haqqında qanunlar hələ qəbul edilməyib. Onların ictimai müzakirələri başlanmayıb. Planlaşdırırıq ki, payız aylarından gec olmayaraq artıq bu müzakirələri başlayaq və gündəmə gətirək. Çünki ölkənin gələcəyini məhz dünyadakı rəqabətə hazır olmaq üçün yüksək səviyyəli təhsil Azərbaycanda mövcud olmalıdır. Azərbaycan gənclər həm Avropaya inteqrasiya prosesində, həm ölkəmizin inkişafında öz töhfələrini verə bilsinlər. Buna görə bizim bu məsələlərə münasibətimiz birmənalı və aydındır. Ölkənin təhsil sistemi sürətli dəyişdirilməli, müasirləşdirilməlidir. Bu gün Azərbaycanda dünya təcrübəsi tətbiq olunmalıdır.

Səidə