Teleaparıcımız ən yaxşı aşpaz adını qazandı - Foto

teleaparicimiz-en-yaxsi-aspaz-adini-qazandi-foto
Oxunma sayı: 648

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə məşhur teleaparıcılar Hüsniyə Məhərrəmova və Tural Əsədov, bmi aviaşirkətinin təyyarələrində biznes siniflə uçan sərnişinlərə təqdim olunan xörəkləri hazırlayaraq, Britaniya mətbəxinin ən yaxşı şef-aşpazı adı qazanmaq üçün mübarizə aparıblar.

Yekun olaraq Tural Əsədov qalıb seçilərək, London şəhərinə iki bilet qazanıb. Hüsniyyə Məhərrəmova isə bmi aviaşirkətinin suvenirlər ilə təltif olunub. Gecədə Azərbaycanın “Eurovision-2012” təmsilçisi Səbinə Babayeva çıxış edib.

Nigar Məmmədli