Tələbələr təhsil nazirini qovdu

telebeler-tehsil-nazirini-qovdu
Oxunma sayı: 636

Çilidə tələbələr etiraz etdiyi üçün daha bir təhsil naziri istefa verib. “Qafqazinfo” xəbər verir ki, ölkədə Camila Vallejo adlı tələbənin liderliyi ilə davamlı keçirilən tələbələrin etiraz aksiyası müsbət nəticə verib. Çilinin hökumət təmsilçisi Andres Chadwick deyib ki, təhsil naziri Felipe Bulnes artıq istefa ərizəsi təqdim edib. Amma o öz ərizəsində şəxsi səbəblərə görə istefa verdiyini açıqlayıb. Çili prezidenti Sebastian Pinera artıq istefanı qəbul edib.


Qeyd edək ki, bu son dövrlərdə Çilidə ikinci təhsil naziridir ki, istefa verir. Bundan əvvəlki nazir Joaquin Lavin də islahat tələb edən islahat tələblərin aksiyaların nəticəsində bu ilin iyul ayında istefa vermişdi.