Tələbələrin avtobusu qəzaya uğradı, 11 nəfər öldü

telebelerin-avtobusu-qezaya-ugradi-11-nefer-oldu
Oxunma sayı: 647

Albaniyada 11 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, “Aleksander Cuvani” universitetinin tələbələrini daşıyan “EL 2274” dövlət nömrə nişanlı avtobus qayadan aşıb. Qəza nəticəsində 11 nəfər ölüb, 22 nəfər xəsarət alıb. Hadisə Albaniyanın paytaxtı Tiranadan 220 kilometr aralıda, “Visa” adlı körpünün yaxınlığında baş verib. Hadisənin səbəbləri barədə məlumat verilməsə də avtobusun tələbələri Elbasan şəhərindən Sarandaya apardığı bildirilir. Məlumata görə, ölənlərin əksəriyyəti qız tələbələr olub.

anspress