Tələbələrin evlərində axtarış aparıldı

telebelerin-evlerinde-axtaris-aparildi
Oxunma sayı: 638

“Qafqazinfo”un Günaz TV-nin interenet saytına istinadən xəbərinə görə, bir qrup tələbə Binab Dövlət Universitetinin təhlükəsizlik bölümünə çağırılıb.
Bölümə çağırılan tələbələr, Qərb cərəyanlarına bağlılıqda və pantürkizmdə ittiham edilirlər. Artıq tələbələrin yataqxanası və evlərində qanunsuz olaraq yoxlamalar aparıldığı xəbər verilir. Məlumatda qeyd olunur ki, axtarışlarda heç bir şübhəli məqam ortalığa çıxmayıb.
Bütün bunlar ona görə baş verib ki, tələbələr Urmu Gölü Ocağı yaratmaq və bu zəmində fəaliyyət göstərmək istəyiblər.