Tələbənin törətdiyi qəzada sevdiyi qız öldü

telebenin-toretdiyi-qezada-sevdiyi-qiz-oldu
Oxunma sayı: 731

Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, dekabrın 10-u saat 15:00 radələrində Zığ yolunda 21 yaşlı Murad İsgəndərli idarə etdiyi “KİA” markalı avtomobili aşırıb.

Nəticədə özü 3 saylı xəstəxanaya yerləşdirilib. Maşında olan Günay Hacıyeva isə hadisə yerində ölüb.

Onu da əlavə edək ki, M.İsgəndərli Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci kurs tələbəsidir.
Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, Zığ yolunda baş vermiş yol qəzası ilə bağlı Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma (263.2-ci) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq şöbəsindən bildirildi ki, Murad İsgəndərli və Günel Hacıyeva Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri olublar. Onların bir-birini sevdiyi bildirilir.

Hazırda 3 saylı Kilinik Xəstəxanada müalicə olunan M.İsgəndərlinin müalicəsi davam etdirilir.