“Telekanallarımıza ayıb olsun!” - Açıqlama

telekanallarimiza-ayib-olsun-aciqlama
Oxunma sayı: 724

““Xəzər Lənkəran” burda, evində ilk oyundakı məğlubiyyətin əvəzini artıqlamasıyla çıxacaq, buna inanıram. "Qarabağ" isə hamı düşünür ki, asan olacaq, xeyr, burdakı oyunda diqqətli olmaq lazımdı. Səfərdə gördünüz ki, rəqib elə-belə komanda deyil. Elə buna görə də "Qarabağ" Avropa reytinqində vacib xallarını itirdi”. “Qafqazinfo”nun məlumatına görə, bu sözləri “Qarabağ” klubunun fəxri prezidenti, millət vəkili Aqil Abbas söyləyib. "Xəzər Lənkəran"dan bir balaca incikliyim var, çünki bu region komandasıdır, şəxsən mən onlardan qələbə gözləyirdim. Onların ən balaca uğuruna da sevinirəm. Onlar bilməlidir ki, üzərlərində böyük məsuliyyət var, çünki regionda futbol olmasa, heç bütün ölkədə olmaz. "Neftçi", dediyim kimi, hamımızın nostalgiyasıdı, "Qarabağ"daki, bunların hamısında bir balaca çox istədiyim komandadır. Qalanlarını apar tulla. AZAL-mazal, nədi, bu, kimə lazımdı. O gün baxıram televizorda, deyir, AZAL-ın UEFA-da adı "Olimpik-Şüvəlan" gedir, hələ dəyişilməyib. Şərh eləyən gah çaşıb AZAL deyir, gah "Olimpik-Şüvəlan". Ə, bunun bir adı olar da, yeddi adı olmaz ki. Olimpik nədi, bu nə addı? Məni bərk əsəbiləşdirirdi o ad. Bu komandanın adı nə AZAl olmalıdır, nə Olimpik, bunun adı Şüvəlan olmalıdır. Bunu dəfələrlə Rövnəq Abdullayev də deyib. Nə "İnter"?! Belə adda komanda olar, a kişi?! Bir komandanın ki heyətində 95 faizi əcnəbi ola, o mütləq məhvə məhkumdu" - deyə milli vəkili bildirib.
Aqil Abbas futbol teleşərhçiliyi ilə bağlı sualı da cavablandırıb: "Şərhçilik elə-belə şey deyil. Gərək işini yaxşı biləsən, sonra oturasan mikrofon arxasına. Yoxsa çıx efirdə ağzına nə gəlir danış, adını şərhçilik qoy - belə şey olmaz. Siz balacasız, bilməzsiz, bizim vaxtımızda şərhçilər olub ee... Ozerov, Maslaçenko. Ondan çox belə ad saya bilərəm. Radioda şərhə qulaq asardıq, elə bilərdin stadiondasan, oyuna canlı baxırsan. Elə şərhçilik edərdilər. Elə bizimkilərdən Valid Sənani, Çingiz İsmayılovu deyim. Çox yaxşı futbol şərhi aparıblar. Ən axırıncısı Altay Əliyev idi. Bir də Elnur Əşrəfoğlu. Onlar danışa bilirdilər heç olmasa. Altayda şərhçilik xüsusiyyəti var idi. Bir az sürəti danışmağı yaxşı çıxmırdı, ancaq o da gedər... Hə, yaxşı şərhçi idi, indi yoxdur, uzaqlaşıb deyəsən.
“Makkabi” – “Xəzər Lənkəran” oyununa televizordan baxa bilməmişəm, yoxsa danışardım o haqda da. Ancaq ümumi onu deyə bilərəm ki, şərhçilərimiz yaxşı deyil. O biri var e, "İdman Azərbaycan"da, oyunu şərh eləyəndə elə bilirsən lay-lay çalır camaata. Şərhçilik ayrı bir incəsənətdi. Qoy, onu da deyim, "Qarabağ"ın iki oyunun heç birini vermir kanallarımız. Nədir, yetim komandadır, ona görə? Baxıram "İdman Azərbaycan" İspaniya çempionatını göstərir, olmazdı "Qarabağ"ın oyunun göstərəsiz? Kanallarımıza ayıb olsun! Gözləyirlər ki, hansı klub onlara pul verəcək, oyununu göstərəcəklər. Bu problemi aradan qaldırmaq lazımdı, mütləq" (futbolpress.az).