Televiziyalarla bağlı fərman imzalandı

televiziyalarla-bagli-ferman-imzalandi
Oxunma sayı: 678

Prezident İlham Əliyev “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. “Qafqazinfo”nun məlumatına görə, fərmanda teleradio sahəsində fəaliyyətin lisenziyalaşdırılmasını təkmilləşdirmək məqsədi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 33-cü hissəsinə dəyişiklik edilib.

Teleradio yayımı:

33.1. ümumrespublika televiziya yayımı -11 000 AZN

33.2. Bakı şəhəri üzrə televiziya yayımı - 5 500 AZN

33.3. regional televiziya yayımı - 3 000 AZN

33.4. ümumrespublika radio yayımı - 5 000 AZN

33.5. Bakı şəhəri üzrə radio yayımı - 2 500 AZN

33.6. regional radio yayımı - 1 000 AZN

33.7. əlavə informasiya yayımı - 1 000 AZN

33.8. abonentlərinin sayı 5 000-dək olan kabel şəbəkəsi yayımı - 3 000 AZN

33.9. abonentlərinin sayı 5 000-dən yuxarı olan kabel şəbəkəsi yayımı - 5 000 AZN

33.10. - peyk yayımı - 1 000 AZN

33.11. xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət - 1 000 AZN