Televizor oğrusu tutuldu - Kriminal xəbərlər

televizor-ogrusu-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 796

Suraxanı RPİ NMQ-nun əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ağavəli Hacıyevdən 431 qramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür.

Sabunçu RPİ 15-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elxan Abbasov və Fikrət Əliyev iyunun 27-də tutulmuşdur.

Səbail RPİ 39-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan Elnur Əhmədov iyunun 27-də tutulmuşdur.

Mayın 14-ü saat 17 radələrində Ş.Xəlilov küçəsində yaşayan Ülviyyə Dostməmmədova evdən çıxmış və geri qayıtmamışdır. Qaradağ RPİ 10-cu PB-nin əməkdaşlarının səyi nəticəsində Ü.Dostməmmədova iyunun 27-də geri dönmüşdür.

İyunun 27-si saat 08:30 radələrində, Aeroport şossesi Sabunçu körpüsünün yaxınlığında Sumqayıt şəhər sakini Fuad Fətullayev idarə etdiyi «VAZ-2107» markalı avtomobili yolun kənarındakı maneyə vurmuş, nəticədə özü və sərnişinləri Xəyyam Bəxtiyarov, Elxan Qasımov 3 saylı xəstəxanaya yerləşdirilmiş, Zamiq Məcidov isə hadisə yerində ölmüşdür.

Suraxanı RPİ 30-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Ələsgərov iyunun 27-də yaxalanmışdır. Müəyyən olunmuşdur ki, o, 24 noyabr 2010-cu il tarixdə Hövsan qəsəbəsində Elçin Nəcəfovun, bu ilin yanvarın 22-də isə Elşən Namazovun mobil telefonunu danışmaq adı ilə alaraq qaytarmamışdır.

Bakı şəhər BPİ
Mətbuat xidməti

28.06.2011