Televizor pultunu icad edən şəxs öldü

televizor-pultunu-icad-eden-sexs-oldu-
Oxunma sayı: 745

“Qaqfazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, ABŞ-dan olan alim 96 yaşında Çikaqo yaxınlığındakı bir xəstəxanada dünyasını dəyişib.

Polleynin bir zamanlar işlədiyi “Zenith” firması onun ölümü ilə bağlı açıqlama yayıb.

Polleynin 1955-ci ildə hazırladığı televizor pultu “Flash-Matic” müasir cihazalardan fərqli olaraq tapançaya bənzəyib.

İnsanlara yerlərindən qalxmadan telekanaları idarəetmə imkanı verən bu icada görə Polley və dostu Robert Adlerə 1997-ci ildə “Emmy” mükafatı verilib.

Polley 47 illik peşə fəaliyyəti dövründə ABŞ-da 18 patent alıb.