Telman İsmayılovun məhkəmə qalmaqalına aydınlıq gəldi - Video

telman-ismayilovun-mehkeme-qalmaqalina-aydinliq-geldi-video
Oxunma sayı: 654

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, restoranın sahibi Necati Kostik bəxşiş məsələsini təsdiqləsə də, dava düşmədiyini deyib. Həmin şəxs hadisənin iki il əvvəl baş verdiyini deyir:

“Bu xəbərlərin haradan meydana çıxdığını bilmirik, belə bir hadisə bundan iki il əvvəl yeni açıldığımız zaman yaşanıb. Cənab İsmayılov təşrif buyurub. Çıxarkən də bəxşiş buraxıb, amma burada dava olmayıb. Dava olmadığı üçün məhkəmə kimi bir durum da olmayıb”.