Ter-Petrosyan Köçəryana yırtıcı dedi

ter-petrosyan-koceryana-yirtici-dedi
Oxunma sayı: 701

“Media forum” saytı xəbər verir ki, Levon Ter-Petrosyanın ikinci prezident Robert Köçəryanın müsahibəsinə münasibət bildirib: “Bu gün maraqlı hadisə baş verdi – Robert Köçəryan müsahibə verdi. O, Serj Sərkisyan rejimini kəskin tənqid etdi. Seçkiyə üç gün qalmış verilən belə müsahibə Serj Sərkisyana kürəyindən vurulan bıçaq zərbəsi oldu.

Amma bu müsahibə nə ruhlandırmalıdır, nə də narahatlıq yaratmalıdır. Robert Köçəryan təcrid olunmuş yırtıcıdır, bu seçkiqabağı qarışıqlıqda hamıdan hər şey danışılıb, o isə yaddan çıxıb, zəhərini tökməsəydi, olmazdı. Amma bu müsahibə həm də o deməkdir ki, rejim içəridən çürüyüb və tezliklə öz-özünü parçalayacaq”.

Robert Köçəryan mayın 3-də “Mediamaks” agentliyinə müsahibə verib. O, prezident Serj Sərkisyanı və hakim Respublika Partiyasını tənqid edib, ölkədə sosial-iqtisadi durumun dözülməz olduğunu deyib.

Ermənistanda mayın 6-da parlament seçkisi keçiriləcək. Parlament 131 deputatdan ibarətdir və qarışıq sistemlə formalaşır: 90 deputat partiya siyahıları üzrə, 41-i isə birmandatlı dairələrdən seçilir.