“Texnikabank”dan müştərilərin diqqətinə

texnikabankdan-musterilerin-diqqetine
Oxunma sayı: 646

Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, bu inteqrasiyanın sayəsində bank yaxın zamanda müştərilərə bir sıra yeni xidmətlər təklif etməyi planlaşdırır. Azericard prossesinq mərkəzinin imkanlarından geniş istifadə etməklə avtomatlaşdırılmış bank sisteminə keçid və qabaqcıl texnologiyaların tətbiqi nəzərdə tutulub.

Bank əməliyyatlarının maksimal dərəcədə avtomatlaşdırılması və yeni layihələrin həyata keçirilməsi üçün daha geniş imkanlara malik olan Azericard prossesinq mərkəzinə inteqrasiya müştərilərə rahat və daha yüksək bank xidmətləri təklif etmək məqsədi daşıyır.

Nəzərinizə çatdırırıq ki, inteqrasiyanın həyata keçirilməsi ilə əlaqədar bu gün saat 12: 00 -dan 15:00-dək kartlarla əməliyyatlar məhdudlaşdırılacaq.