Təzə Pirdə Ramazan izdihamı - Video

teze-pirde-ramazan-izdihami-video
Oxunma sayı: 673

Müqəddəs Ramazan bayramı bayram namazının qılınması ilə başladı. Ramazan bayramı münasibətiylə ay boyu oruc tutanlar səhər 09:00-da Təzə Pir məscidində bayram namazlarını qıldılar. Məsciddə namaz qılanlar Allaha dualar oxuyub, ibadətlərinin qəbul olunmasını diləyiblər. Daha sonra möminlər müsəlman qardaş-bacılarının bayramını təbrik ediblər.

Mömin Xəlil Xəlilov öz bayram təbrikini belə çatdırdı: ”Bayram namazı qılındıqdan sonra evlərdə süfrələr açılır və bir ay boyunca oruc tutanlar ibadətlərini başa çatdırdıqları üçün bayram edirlər. Bütün möminə xanımların, mömin bəylərin Ramazan bayramını təbrik edirəm. Allah bütün dualarını qəbul etsin”.



anspress