Təzə taksilərin sürücüləri əvvəlcə döyülür

teze-taksilerin-suruculeri-evvelce-doyulur
Oxunma sayı: 754

Onların sözlərinə görə, sürücüləri qarajda döyüblər. Səbəb isə sürücülərin planı verə bilməməsi olub. Rəhbərlik sürücülərdən plan tələb etdikdən onlar heç kəsin yeni taksilərə minmədiklərini bildiriblər. Lakin cavab rəhbərliyi qane etməyib. Nəticədə sürücülərlə rəhbərlik arasında mübahisə yaranıb və rəhbərlik onları döyüb.


***

Ziya Məmmədov taksi sürənləri ac qoyacaq

Nəqliyyat naziri: «Azərbaycanda qanunsuz taksi fəaliyyətinə son qoyulacaq»

Bakı şəhərində taksilərə olan tələbat 3500 avtomobil təşkil edir. Bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda Bakıda rəsmi qeydiyyatdan keçərək lisenziyalı fəaliyyət göstərən taksilərin sayı 7 mindir:"Qeyri-rəsmi fəaliyyət göstərən taksiləri də nəzərə alanda, hazırda paytaxtda taksi fəaliyyəti ilə 15 minə yaxın avtomobil məşğul olur". Nazir qeyd edib ki, yeni taksilər tam fəaliyyətə başlayandan sonra Azərbaycan paytaxtında qanunsuz taksi fəaliyyətinə son qoyulacaq:"Bu proses zaman keçdikcə rayonları da əhatə edəcək. Taksi fəaliyyətinə son qoyulacaq sürücülər ya gəlib yeni şirkətdə sürücü kimi fəaliyyətlərini davam etdirə, ya da bu avtomobillərdən əldə edərək Bakı şəhərində taksi fəaliyyəti göstərə bilərlər".

“Azadlıq” qəzeti