“The New York Times” Qarabağdan yazdı

the-new-york-times-qarabagdan-yazdi
Oxunma sayı: 687

“Qafqazinfo”nun AzərTAc-a istinadən xəbərinə görə, məqalənin müəllifi yazır ki, “Dağlıq Qarabağ Respublikası”nda işsizlik səviyyəsi çox yüksəkdir, gənclərin öz gələcəyini qurmaq üçün xaricə getmək imkanı sıfıra bərabərdir. Bölgədə doğum səviyyəsini illik 2,145 faizdən 2,694 faizə qaldırmaq üçün “Doğuluşun stimullaşdırılmasına dair proqram” qəbul olunub. Proqrama əsasən yeni qurulan ailəyə 780 dollar, ilk doğulan uşaq üçün 260 dollar, ikinci uşaq üçün 520 dollar, üçüncü uşaq üçün isə 1300 dollar pul ödənilir. Altı və daha artıq uşağı olan ailələr isə evlə təmin olunur. Bu məbləğ bu yerlər üçün çox böyük puldur, çünki Dağlıq Qarabağda orta aylıq əmək haqqı 50 dollar təşkil edir.

Müəllif qeyd edir ki, bu siyasətin səmərəli olacağı sual doğurur. İnfrastrukturun, yeni nəsil üçün iş imkanlarının olmadığı bir yerdə doğulan uşaqlar böyüdükdən sonra daha yaxşı həyat qurmaq üçün xarici ölkələrə üz tutacaqlar.