Tikdirdiyi binadan 20 cəsəd çıxdı, öz evi salamatdı

tikdirdiyi-binadan-20-cesed-cixdi-oz-evi-salamatdi
Oxunma sayı: 665

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu binanı tiktirən Salih Ölmezin üçmərtəbəli villasında çat belə əmələ gəlməyib. Yıxılan binanın 300 metrliyində yerləşən villada yaşamaqdan qorxan Ölmez evinin baxçasında 2 çadır qurdurub.
“Vatan” qəzetinin xəbərinə görə, Salih Ölmez Erçisin ən böyük inşaat sektoru sahiblərindən biridir. Qəzet Ölmezin 2011-ci il üçü vergi rekordçusu olduğunu da yazır.
Zəlzələdə yerlə-yeksan olan “Sevgi apartmanı”nı da Salih Ölmez tikdirib. İş adamı özü isə üçmərtəbəli vilasında yaşayır. Salih Ölmez, villasının yaındakı binalar zərər gördüyü üçün ailəsini evində saxlamaqdan qorxur.