Timoşenko həbsdən çıxır

timosenko-hebsden-cixir
Oxunma sayı: 632

Teleqraf.az “İnterfaks”a istinadən xəbəbr verir ki, yaxın günlərdə sabiq baş nazir həbsxanadan kənarda – Kiyevin klinikalarında müayinədən keçiriləcək.

Timoşenkonun durumunun ağır olduğunu prezidnet Viktor Yanukoviç də etiraf edib. “Mən həm səhiyyə naziri, həm daxili işlər naziri, həm də baş prokurorla danışmışam. Onlara tapşırdım ki, Yuliya Timoşenkonun durumuna xüsusi diqqət ayırıb lazımı tədbirlərin görülməsini təmin etsinlər” – deyə, prezident bildirib. Prezidenet əlavə edib ki, Ukraynanın hər bir yerində yüksək standartlara cavab verən tibbi xidmətə rast gəlinmir: “Ona görə də, xəstəni Kiyev klinikalarında müayinədən keçirməli olacağıq”.
Qeyd edək ki, Ukraynanın insan haqları üzrə müvəkkili Nina Karpaçeva da sabiq baş nazirin sağlıq durumunun getdikcə ağırlaşdığını bəyan edib. “Mən ona baş çəkmişəm. Xanım Timoşenko yataqdan qalxa bilmir. Onun durumu çox ağırdır” deyə, ombudsman bildirib.