Timoşenko Nobel Sülh mükafatına təqdim olunacaq

timosenko-nobel-sulh-mukafatina-teqdim-olunacaq
Oxunma sayı: 635

“Qaqfazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, Ukrayna Ali Radasının deputatı Nataliya Korolevskaya Timoşenkonu ölkəsinin demokratiya simvolu adlandırıb.

Korolevskaya hesab edir ki, Nobel komitəsi və Avropa ölkələri Ukraynadakı indiki vəziyyəti sındırmağa kömək edəcək.

Deputat onun əhəmiyyəti vurğulayıb ki, bütün dünya günahsız insanın üzərindəki təhqirlər barəsində öz mövqeyini nümayiş etdirib. Bu mövqeyilə Korolevskaya Yuliya Timoşenkonun mühakimə prosesinin ədalətsiz aparılmasına diqqət çəkmək istəyb.

“Aktiv siyasi mövqe tutmaq, Meydan hərəkatı keçmək, ölkədə demokratik prosesləri başlatmaq, müxalifət lideri kimi həbsə alınmaq- bunlar Yuliya Timoşenkonun xidmətləridir”,- deyə bildirən Ali Rada təmsilçisi bu keyfiyyətləri keçmiş baş nazirin Nobel sülh mükafatı alması üçün ən layiqli namizəd olduğunu söyləyib.